KİV: Bəhreyn və Küveyt iyulun əvvəlində İrana hücum edib
21:54 DünyaBəhreyn və Küveyt iyulun ilk günlərində İrana qarşı gizli hava hücumları təşkil ediblər.
Olaylar xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb:
ABŞ hərbi bazalarının olduğu Bəhreyn və Küveyt Tehranın hücumlarına cavab olaraq İrana gizli şəkildə qırıcılarla hücum edib.
Hücumun baş tutduğunu bildirən mənbələr qırıcıların İranda hərbi obyektlərə zərbələr endirdiyini bildiriblər.
Küveyt və Bəhreyn hakimiyyətləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31