Gündəm
İtalyan yazıçısının əsəri yenidən nümayiş olunacaq
Aprelin 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.
Muğam Mərkəzində Nəsiminin 650 illiyi - “Cahan mənəm...”
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Muğam sənəti” kafedrası hazırladığı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Cahan mənəm...” adlı bədii musiqili tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində baş tutub.
Akademik Nailə Vəlixanlı təltif edilib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilmişdir.
Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” əsərinin təqdimatı keçirildi
“Four Seasons” hotelində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yenidən nəşr olunmuş “Eramızın əzəlində sui-qəsd” (“Заговор в начaле эры”) əsərinin təqdimat mərasimi keçirildi. Əsər tanınmış ədibin 60 illik yubileyi ərəfəsində “Bank VTB (Azərbaycan)” tərəfindən nəşr olunub. Mərasimdə dövlət rəsmiləri, ədiblər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Qara Qarayevin seçilmiş əsərləri Almaniyada çap olunub
Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə “Qara Qarayev – Seçilmiş fortepiano əsərləri” kitabının Almaniyada “Bellmann” musiqi nəşriyyatı tərəfindən çapı başa çatdırılıb.
Gürcüstandan Marsla bağlı çılğın layihə: 25 il içində...
Gürcüstan Marsı fəth etmək üçün iddialı plan hazırlayıb.
Qızıltəpə abidəsində arxeoloji tədqiqat işləri davam etdirilir
Mart-aprel aylarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbəri olduğu İmişli arxeoloji ekspedisiyası İmişli rayonunun Qizilkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə abidəsində arxeoloji tədqiqat işlərini davam etdirib.
Firudin bəy Köçərlinin elektron məlumat bazası yaradılıb
Mədəniyyət Nazirliyinin dəstəyi və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin fundamental biblioqrafiya kitabı əsasında hazırlanan elektron məlumat bazası oxuculara təqdim edilib.
Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclası keçirilir
Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun, Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun birgə təşkilatçılığı ilə Lüksemburq şəhərində keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclasında Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov iştirak edir.
Məşhur baletmeyster Bakıda ustad dərsləri keçəcək
Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruk Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən sənət ocağının balet truppasında ustad dərsləri keçmək üçün dəvət edilib. Olaylar.az bildirir ki, , aprelin 15-dən 26-dək P.Kazmiruk ustad dərsləri keçməklə yanaşı, eyni zamanda, ayrı-ayrı solistlərlə onların daha da peşəkar ifaçılığı üçün birlikdə çalışacaq.
Sudanda prezident və hökumət istefaya göndərildi (YENİLƏNDİ)
Sudan hərbçiləri prezidentin və hökumətin istefaya göndərildiyini bəyan ediblər. Bundan əvvəl Xartumda Sudan ordusunun Baş komandanlığının təcili iclası keçirilib. Prezident Ömər əl-Bəşir iclasda iştirak etməyib. ***
Brüssel Londona oktyabrın sonuna kimi vaxt verdi
Avropa İttifaqının 27 ölkəsinin liderləri “Brexit”in təxirə salınmasına razılıq verib. Bu haqda Avropa Şurasının sədri Donald Tusk bildirib. "27 Avropa İttifaqı ölkəsi 50 maddənin uzadılmasına razılıq verdi. İndi İngiltərə hökumətinin razılığını almaq üçün baş nazir Tereza Mey ilə görüşməyi planlaşdırıram" - Tusk tvitterdə yazıb.
“Galaxy A70” smartfonunu təqdim edildi
"Samsung Electronics" şirkəti fırlanan kameralı "Galaxy A80" smartfonundan başqa həm də "Galaxy A70" aparatını təqdim edib. "Samsung Galaxy A70" smartfonu 2400x1080 piksel təsvir ölçülü 6,7 düymlük ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri, 32 meqapiksellik "selfi" kamera, 32+8+5 meqapiksellik üç qat əsas kamera, "Snapdragon 665" prosessoru, 6 QB əməli və 128 QB daxili fləş yaddaş, 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malik 4500 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
Bura ölüm düşərgəsidir, hər gün... – DƏHŞƏTLİ FAKT
Suriyanın şimal-şərqində yerləşən Al-Hol düşərgəsində artıq 235 uşaq həlak olub. Bu haqda Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin bildirib.
Bahar Muradova: Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir
Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir. Görülən işlər nəticəsində ötən bir il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir. Bunu açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, cənab Prezidentin son bir ildəki fəaliyyətini dəyərləndirmək üçün bir çox parametrlər üzrə ölkəmizin inkişafı, əldə etdiyi uğurlar və s. haqqında danışmaq lazımdır:














