İtalyan yazıçısının əsəri yenidən nümayiş olunacaq
Aprelin 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.
11 Aprel 2019 15:10 MədəniyyətAprelin 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çipollino" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Olaylar.az bildirir ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.
Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli , Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov, Ənvər Məmmədov çıxış edəcək. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.