Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” əsərinin təqdimatı keçirildi

“Four Seasons” hotelində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yenidən nəşr olunmuş “Eramızın əzəlində sui-qəsd” (“Заговор в начaле эры”) əsərinin təqdimat mərasimi keçirildi. Əsər tanınmış ədibin 60 illik yubileyi ərəfəsində “Bank VTB (Azərbaycan)” tərəfindən nəşr olunub. Mərasimdə dövlət rəsmiləri, ədiblər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

"Four Seasons" hotelində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yenidən nəşr olunmuş "Eramızın əzəlində sui-qəsd" ("Заговор в начaле эры") əsərinin təqdimat mərasimi keçirildi. Əsər tanınmış ədibin 60 illik yubileyi ərəfəsində "Bank VTB (Azərbaycan)" tərəfindən nəşr olunub.

Mərasimdə dövlət rəsmiləri, ədiblər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

"Bank VTB (Azərbaycan)" İdarə heyətinin sədri Kirin Yevgeni Anatolyeviç çıxış edərək Çingiz Abdullayevin dünya şöhrətli yazıçı olduğunu bildirdi. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Çingiz Abdullayevi 60 illik yubileyi münasibətilə təbrik etdi, xoş diləklərini çatdırdı. Bildirdi ki, aprelin 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub.

AYB-nin sədri, Xalq yazıçısı Anar və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Çingiz Abdullayevin həyat və yaradıcılığından, onunla dostluq münasibətlərindən söz açdılar. 

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da yazıçını yubileyi münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Sonda çıxış edən Çingiz Abdullav yubileyi ərəfəsində onu "Şərəf" ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31