Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclası keçirilir
Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun, Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun birgə təşkilatçılığı ilə Lüksemburq şəhərində keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclasında Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov iştirak edir.
11 Aprel 2019 10:14 MədəniyyətAvropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun, Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun birgə təşkilatçılığı ilə Lüksemburq şəhərində keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclasında Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov iştirak edir.
Azərbaycanla yanaşı 30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların müxtəlif səviyyəli nümayəndələrinin iştirak etdiyi iclasda fərqli nomimasiyalar üzrə 8 yeni namizədin sertifikat almaq üçün təklifləri nəzərdən keçirilir. Eyni zamanda IX İllik Forumun Rumıniyada keçirilməsi üzrə hazırlıq məsələləri müzakirə olunur, Avropa Şurası tərəfindən təsdiq edilmiş 10 mədəni marşrutun qiymətləndirilməsi aparılır.
Səfər çərçivəsində Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüş keçirilmiş, Azərbaycanın üzv olmaq üçün danışıqlar apardığı "Zeytun ağacları mədəni marşrutu" üzrə birgə səylərin artırılacağı və müştərək layihələrin icra olunması üçün məqsədyönlü fəaliyyətin həyata keçirilməsi razılaşdırılmışdır.
Bundan başqa, iclasda 2018-2019-cu illər üçün görülmüş işlər barədə hesabat veriləcək və növbəti müddətə İdarə heyətinə rəhbər, habelə onun müavini və digər vəzifələrə seçkilər keçiriləcəkdir.