Məşhur baletmeyster Bakıda ustad dərsləri keçəcək
Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruk Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən sənət ocağının balet truppasında ustad dərsləri keçmək üçün dəvət edilib. Olaylar.az bildirir ki, , aprelin 15-dən 26-dək P.Kazmiruk ustad dərsləri keçməklə yanaşı, eyni zamanda, ayrı-ayrı solistlərlə onların daha da peşəkar ifaçılığı üçün birlikdə çalışacaq.
11 Aprel 2019 10:10 MədəniyyətRusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruk Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən sənət ocağının balet truppasında ustad dərsləri keçmək üçün dəvət edilib.
Olaylar.az bildirir ki, , aprelin 15-dən 26-dək P.Kazmiruk ustad dərsləri keçməklə yanaşı, eyni zamanda, ayrı-ayrı solistlərlə onların daha da peşəkar ifaçılığı üçün birlikdə çalışacaq.
P.Kazmiruk 1980-ci ildə Moskvada anadan olub. Səkkiz yaşında ikən Böyük Teatrda səhnəyə qoyulan "Sirano de Berjerak" baletində iştirak edib.
P.Kazmiruk quruluşçu baletmeyster kimi Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq baletə quruluş verib.