Akademik Nailə Vəlixanlı təltif edilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilmişdir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilmişdir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası DTX-nin sədri, general-polkovnik Mədət Quliyevin imzası ilə verilən vəsiqədə akademik Nailə Vəlixanlının "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyi qeyd edilib. Yubiley medalı Muzeyi ziyarət edən DTX nümayəndəsi tərəfindən akademik Nailə Vəlixanlıya təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31