Gündəm

Akademik Musiqili Teatrda istehsalat müşavirəsi

10 Aprel 2019 17:27

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bədii Şuranın geniş tərkibdə yığıncağı keçirilib. Müşavirədə Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatrın qarşısında duran vəzifələrdən və həlli vacib məsələlərdən danışıb, iş prosesində yol verilən bəzi ciddi nöqsanların aradan qaldırılması barədə kollektivlə birlikdə müzakirələr aparıb.

Yavaş-yavaş unudulacaqsan, Elina...

10 Aprel 2019 17:17

Ən dəhşətlisi unudulmaqdır, Elina. Hələ sevgisizliyin az idi, balaca bala. Hələ bu cəmiyyət get-gedə özünə bəraət qazanıb, dünyanın bütün min bir iftirasını sənin üstünə yıxacaq. Hər kəsin qorxusu özünü bürüyəcək, qızım. Bir kimsənin sənin o mərtəbədən atılanda canındakı qorxudan xəbəri olmayacaq. Axı laqeydlik ölümdən betərdir.

Tarixi Muzeyinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq

10 Aprel 2019 16:36

2020-ci il iyun ayının 15-də ölkəmizin ilk və ən böyük muzeyi olan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 yaşı tamam olur.

Hər bir azərbaycanlının Prezidenti

10 Aprel 2019 16:29

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Hər bir xalqın taleyində siyasi lider amili müstəsna əhəmiyyət kəsb edir. Əsl siyasi liderlər cəmiyyətdə siyasi prosesləri istiqamətləndirməklə yanaşı, tarixi inkişafın gedişini müəyyən edən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilirlər. Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə cəmiyyət həyatına təsir göstərən qərarlarına əsaslanır.

“Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək

10 Aprel 2019 16:15

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Olaylar.az bildirir ki, işçi dilləri Azərbaycan, türk, ingilis və rus dillərində olacaq konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” adlı 3 bölmə üzrə aparılacaq.

Milli adlara getdikcə daha az rast gəlinir – Teleserialların burada təsiri nə dərəcədədir?

10 Aprel 2019 15:48

Son zamanlar gənc valideynlər övladlarına ad seçərkən əcnəbi adlara üstünlük verirlər. Körpələrə daha çox türk, ərəb, rus adlarını verən bir çox valideynlər bunu müasirliklə əlaqələndirirlər.

“Sinif yoldaşları” tamaşası nümayiş olunacaq

10 Aprel 2019 15:43

Aprelin 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.

Muğam Mərkəzində musiqi festivalı keçiriləcək 

10 Aprel 2019 15:38

Aprelin 15-də və 16-da Beynəlxalq Muğam Mərkəzində ”OSEP 2019” layihəsi çərçivəsində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbi həyata keçirdiyi “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalının tədbirləri keçiriləcək. Olaylar.az bildirir ki, "OSEP 2019” layihəsi çərçivəsində keçirilən “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi festivalı aprel ayının 8-də başlayaraq 17-nə kimi davam edəcək.

Əliqismət Lalayev: "Fəxr edirik – Biz 10 milyonuq!"

10 Aprel 2019 15:35

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev 10 000 000-cu Azərbaycan vətəndaşının dünyaya gəlişindən sevinc hisslərini oxucularla bölüşüb: “Azərbaycanda on milyonuncu vətəndaşımızın həyata gəlməsi qürurverici hadisədir. Bəli, biz artıq on milyonuq! On milyon o deməkdir ki, Azərbaycanın səsi bundan sonra bir az da gur eşidiləcək. Azərbaycanın səsi bundan sonra daha yüksəklikdən gələcək. Uşağın valideynləri körpəyə adı kimi hər kəsə doğma və mehriban olan, insanlarımızın xoşbəxtliyi üçün yorulmadan çalışan Mehriban xanımın adını qoyublar. Qoy, bu körpə ona verilən ada layiq olsun! Düşünürəm ki, zaman gələcək, biz bu adı daşıyan körpələri daha çox görəcəyik. Ona görə ki, bu adın daşıyıcısı gözəl niyyətli insandır.

Baş nazirin müavini yanğından zərərçəkənlərlə bağlı göstəriş verdi - Foto/Yeni

10 Aprel 2019 15:13

Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır

İsmayıl Şıxlının 100 illiyi münasibətilə rəsm müsabiqəsi elan olunub

10 Aprel 2019 14:01

Mədəniyyət Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi elan edilib.

Rektor ABŞ Dövlət Departamentinin Amerika mərkəzləri üzrə məsul şəxsi ilə görüşüb

10 Aprel 2019 13:59

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi Anne Consla görüşüb. Rektor qonaqları universitetdə görməkdən şad olduğunu deyib. ADU-nun Amerika mərkəzinin əsas mərkəzlərdən biri olduğunu deyən rektor universitetdə 18 dil və mədəniyyət mərkəzinin faəliyyət göstərdiyini bildirib. Mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdə olduğunu qeyd edən unviersitet rəhbəri bu mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıq olduğunu söyləyib.

Bakıda baş verən yanğın zamanı 7 nəfər zərər çəkib

10 Aprel 2019 13:11

Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda baş verən yanğın zamanı ümimilikdə 5 nəfər zərər çəkib.

"World Harmony" müsabiqəsinin qala-konserti olub

9 Aprel 2019 16:30

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilati dəstəyi ilə keçirilən "World Harmony" müsabiqəsinin qala-konserti olub.