Rektor ABŞ Dövlət Departamentinin Amerika mərkəzləri üzrə məsul şəxsi ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi Anne Consla görüşüb. Rektor qonaqları universitetdə görməkdən şad olduğunu deyib. ADU-nun Amerika mərkəzinin əsas mərkəzlərdən biri olduğunu deyən rektor universitetdə 18 dil və mədəniyyət mərkəzinin faəliyyət göstərdiyini bildirib. Mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdə olduğunu qeyd edən unviersitet rəhbəri bu mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıq olduğunu söyləyib.
10 Aprel 2019 13:59 SosialAzərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi Anne Consla görüşüb.
Rektor qonaqları universitetdə görməkdən şad olduğunu deyib. ADU-nun Amerika mərkəzinin əsas mərkəzlərdən biri olduğunu deyən rektor universitetdə 18 dil və mədəniyyət mərkəzinin faəliyyət göstərdiyini bildirib. Mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdə olduğunu qeyd edən unviersitet rəhbəri bu mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıq olduğunu söyləyib.
Amerika mərkəzləri üzrə məsul şəxs Anne Cons uzun illərdir davam edən tərəfdaşlığa görə minnətdarlığını bildirib. O, dünyada 600-dən çox Amerika mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Amerika mərkəzində enerji və aktivliyi müşahidə etdiyini deyən qonaq bu halın təqdirəlayiq olduğunu deyib. Birlikdə söhbət etməyin, müzakirələr aparmağın, musiqi dinləməyin sülhün başlanğıc nöqtələri olduğunu deyən A.Cons Amerika mərkəzlərinin məqsədinin insanları bir-birinə yaxınlaşdırmaq olduğunu bildirib. Qonaq mərkəzin bu niyyətini gerçəkləşdirməkdə göstərdiyi dəstəyə görə ADU rektoruna təşəkkürünü bildirib.
Görüşdə, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə müşaviri Heidi Smith, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Amerika mərkəzlərinin kuratoru Aydan Əsgərova, ADU-nun Elmi işlər üzrə prorektoru dosent Sevinc Zeynalova, Dil və mədəniyyət mərkəzinin rəhbəri, Xarici ölkələr şöbəsinin müdiri Fialə Abdullayeva, Amerika mərkəzinin direktoru Şəhla Xudiyeva iştirak edib.