Kim Çen In Dövlət Şurasının sədri seçildi
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin sessiyasında ölkənin Dövlət Şurasının sədri seçilib. Bu haqda "Renxap" agentliyi məlumat yayıb.
12 Aprel 2019 10:20 DünyaŞimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin sessiyasında ölkənin Dövlət Şurasının sədri seçilib.
Bu haqda "Renxap" agentliyi məlumat yayıb.
Sessiyada həmçinin Şimali Koreyanın yeni baş naziri təyin edilib. Bu postda Pak Pon Conu Koreya Əmək Partiyasının üzvü Kim Çe Ren əvəz edib. Ali Xalq Məclisinin rəyasət heyətinin sədri isə Kim Yen Namın əvəzinə Tsoy Xe Ren olub. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31