Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi

Oktyabrın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyaları da bu ay qrafikə uyğun şəkildə ödəniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31