Media və Yayım Şurası çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir!
17:17 SosialMedia Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikası Media və Yayım Şurasına təqdim edilməlidir.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Şura arasında maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır.
Şura tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına dəstək məqsədilə aylıq 5000 (beş min) manat, qəzetlərin eyniadlı veb-saytlarına isə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstərilir. Veb-saytın əsaslı yenilənməsi nəzərdə tutulduğu halda, ilk ay üçün maliyyə yardımı 5000 manat təşkil edir.
Qeyd edək ki, müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.