Saakaşvili: “Genetik test yüz faiz gürcü olduğumu göstərdi” – ÖZƏL
16:11 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə iclasındakı çıxışında bildirib ki, mənşəyinin erməni olması ilə bağlı tez-tez səslənən iddialara görə genetik test verib və nəticələr onun yüz faiz gürcü olduğunu sübut edib. Bununla belə, o vurğulayıb ki, məsələ etnik mənsubiyyətdə deyil, Gürcüstan sakinlərinin genetik kodunda heç vaxt köləliyin və mütiliyin olmamasındadır.
Saakaşvili qeyd edib ki, ölkə heç vaxt tək bir ailənin mülkiyyəti olmayıb və bunu hətta Baqrationilər sülaləsi bacarmayıbsa, Bidzina İvanişvili heç bacarmayacaq. Keçmiş prezident gürcü müxalifətini də sərt tənqid edərək, onun yerini tutmaq ümidi ilə kiçik partiyalar yaradanları ədalətsiz sistemin necə işlədiyini anlamayan və dürüst seçkilərə safçasına inanan "ambisiyalı axmaqlar" adlandırıb.