“Frankofoniya həftələri” universitetdə davam edir
Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
11 Aprel 2019 16:07 SosialAprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) "Frankofoniya həftələri" çərçivəsində "Meksika ədəbiyyatında fransız dilinin rolu" adlı tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Meksika, Fransa, Kuba, Venesuela, Braziliya, Argentina, Rumıniyanın ölkəmizdəki səfirləri, Çili və Misir səfirliklərinin nümayəndələri iştirak edib.
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Meksikanın görkəmli şair və yazıçıları olan Karlos Fuentes, Oktavio Paz, Alfonso Reyes, Armado Nervonun həyat və yaradıcılıqları haqqında məlumat verib.
Daha sonra universitetin tələbələri həmin müəlliflərin şeir və hekayələrini fransız və ispan dillərində səsləndiriblər.