Gündəm
Bahar Lətifqızı toyda yıxıldı - Video
Müğənni Bahar Lətifqızı iştirak etdiyi toyda çətin vəziyyətə düşüb. İfaçı mahnı oxuyaraq bəy və gəlinə yaxınlaşıb. Bu zaman müvazinətini itirib və yıxılıb.
Avropada müsəlmanlara qarşı daha bir təxribat - "Qurani-Kərim"i...
Danimarkada müsəlmanlara qarşı dini zəminli təxribat törədilib. Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i göyə tullayıb.
Təhsil Nazirliyi günahkarların adlarını açıqladı - Brifinq/Təcili
Bu saatlarda Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair press-brifinq keçirir.
Vüqar Rəhimzadə: “Opinion Way”-in sorğusu cənab Prezidentimizin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır
“İnkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan və öyrənilməsinin vacibliyi qeyd edilən Azərbaycanın davamlı inkişafı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı ilk gündən ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən cənab İlham Əliyev ölkəmizin ən yüksək zirvələri fəth etməsini şərtləndirən təkmil islahatlar həyata keçirir, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyaraq, bu istiqamətdə mühüm addımlar atır. 11 aprel 2018-ci il prezident seçkilərindən ötən bir ildə Azərbaycanın qazandığı uğurlar müstəqillik tariximizə yeni-yeni uğurlu səhifələr yazdı”. Bu fikirləri Olaylar.az –a YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransanın “Opinion Way” şirkətinin bu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusuna münasibət bildirərkən deyib.
“Nərgizin nərgizləri” kitabı təqdim edildi
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair İnqilab İsaqın “Nərgizin nərgizləri” adlı kitabının təqdimatı olub. Olaylar.az bildirir ki, tədbirdə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək ədibin yaradıcılığından danışıb.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Klassik və müasir Azərbaycan poeziyası nümunələri 2 dildə nəşr olundu
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda oxuculara təqdim olunub. Olaylar.az bildirir ki, topluya klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış ədəbiyyat xadimi, şair Sabir Mustafanın tərcüməsində 2 dildə - Azərbaycan və ingilis dillərində çap olunub.
"Muğam- 2019" Televiziya Müsabiqəsinin beşinci həftəsi
Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin beşinci turu tamamlandı.
96 məhkəmə orqanı “ASAN ödəniş” sisteminə inteqrasiya edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnno-vasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanına uyğun olaraq Dövlət Agentliyinin Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sis-teminə inteqrasiya edilib. Artıq vətəndaşlar məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumlarını, vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələri üçün rüsumları, iddiaların predmetinə dair 3-cü şəxslərin işə qoşulması - Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr üzrə rüsumlar və digər bu kimi ən çox edilən ödənişləri heç yerə g
Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlanıb
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.
“Bu yaz özün bir təbiət yarat” devizi altında yaz ağacəkmə aksiyası - Qobustanda
13-də Qobustan Milli Tarix-Bədii qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası həyata keçiriləcək.
Avtomobil qiymətinə xınayaxdı mərasimləri - QİYMƏTLƏR + ARAŞDIRMA
Əvvəlki dövrlərdə xına məclislərinin az xərclə və sadə mərasim kimi qeyd olunmasına baxmayaraq, müasir dövrün gəncləri bu mərasimin dəbdəbəli keçirilməsinə daha çox maraq göstərir. Bu da yeni bir biznes sahəsi kimi bir çoxlarının diqqətini cəlb edir. Təəccüblü deyil ki, artıq Azərbaycanda xına mərasiminin təşkili gəlirli bir biznes növünə çevrilib. Xına mərasimləri toy biznesinin tərkib hissəsi olmaqla dəbdəbəsinə görə heç də toylarımızdan geri qalmır.
“Oyuq”çulara təşəkkürnamə
Tamaşa və konsertlərdə iştirak, sosial aksiyalarda təşkilatçılıq ilə yanaşı təhsil, təlim-tərbiyyı ilə bağlı irimiqyaslı layihələrdə də yaxından iştirak edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının növbəti addmı da müsbət qarşılanıb. Olaylar.az bildirir ki, studiya fəalları Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League Azerbaijan” (FLL) mühəndislik və robot texnikası olimpiadasında iştirak edib.
Gənclər SAHNA arxasında qalmadı
“SAHNA: Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinin Bakı Konqres Mərkəzində Bağlanış, Mükafatlandırma mərasimi və Master-klass keçirildi. Olaylar.az bildirir ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə 2019-cu ilin Mart-Aprel aylarını əhatə edib.



.jpg)









