Gündəm
Rektor Çilinin müvəqqəti işlər vəkili ilə görüşüb
Aprelin 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb. Qonağı salamlayan rektor Kamal Abdulla Qabriel Xaraya yeni başladığı diplomatik fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, ADU-nun ispandilli ölkələrdən daha biri ilə əməkdaşlığının təməli qoyulması əlamətdar hadisədir.
Fotoqraflar çirklənmiş ərazini təmizləyəcəklər
Aprelin 20-də Azərbaycan Fotoqraflar Birliyi Dübəndi qəsəbəsində “Təmiz şəhər” layihəsi çərçivəsində təmiz ekologiya, sağlam düşüncə ənənələrini təbliğ edəcək.
Moskvada Qarabağ danışıqları başladı - YENİLƏNİB
Ölkəmiz Beynəlxalq Data Analizi Olimpiadasında təmsil olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları Moskvada keçirilmiş Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) final mərhələsində iştirak ediblər.
“Yeni nəfəs” Milli Mükafat - Gənclər üçün
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib. İclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı Sərəncamın icrasına uyğun olaraq müzakirələr aparılıb, təkliflər verilib. Həmin Sərəncamın icrasına uyğun olaraq, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsilə veteranlara və gənclərə mütəmadi olaraq maddi yardım ediləcək.
Aktyorlar “Nəsimi ili-Nəsimi dili” dedilər- Nəsimi 650
2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas hədəfi Nəsimi irsini müasir dünyaya çatdırmaq, onun fəlsəfi görüşlərini təqdim etmək, Nəsimişünaslığı inkişaf etdirməkdir. Bu minvalla keçirilən tədbirlərin siyasına "Nəsimi ili-Nəsimi dili" festivalı da əlavə olundu. Bakı Uşaq Teatrının "Bir teatr, bir festival" layihəsi çərçivəsində Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr etdiyi festival Aktyorlar evində başladı.
"Boeing 737 MAX"ın uçuşlarına qadağa uzadıldı
"American Airlines" aviaşirkəti "Boeing 737 MAX" təyyarələrinin uçuşunun dayandırılması müddətini 19 avqust tarixinə qədər uzadıb. Bu barədə bəyanat bazar günü şirkətin saytında dərc olunub. Daha əvvəl qadağa iyunun 5-nə qədər nəzərdə tutulmuşdu.
Rozadan duyğusal paylaşım - "Övladlarım üçün təşəkkürlər"... - Foto
Müğənni Roza Zərgərli övladlığa götürdüyü oğullarının anasının fotosunu yayımlayıb. Sənətçi dünyasını dəyişən Leyla xanımın ad günü olduğunu vurğulayıb.
Kilsədə atışma: ölən və yaralanan var
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Selmon-Arm şəhər kilsədə atışma baş verib. Nəticədə bir nəfər həlak olub. “Gənc kişi tüfənglə kilsəyə girdi və bir insanı nişan alaraq atdı. O, mənim atam idi”, - həlak olan şəxsin oğlu bildirib.
Türkiyə güclü zəlzələ
Türkiyə yeni günə güclü yeraltı təkanlarla başlayıb. Malatya vilayətinin Arquvan ilçəsində 4.5 bal gücündə zəlzələ baş verib.
Hava limanına bikini ilə gəldi - Fotolar
Amerikalı məşhur model Keti Co İnstaqram hesabından etdiyi paylaşım ilə böyük marağa səbəb olub.
Azərbaycan Beynəlxalq Kino Arxivləri Federasiyasının növbəti konqresində
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) 75-ci konqresi keçirilib. Açılışı mötəbər qonaqların iştirakı ilə reallaşan konqres çərçivəsində Azərbaycan Dövlət Film Fondu üçün geniş təqdimat təşkilat olunub.
Məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış etdi
Beynəlxalq Muğam Mərkəzində “Frankofoniya həftələri” çərçivəsində məşhur mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib. Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Arabesque” adlı konsert proqramı dünya ölkələrində ərəb klassik fortepiano musiqisinin tanınması və ümumiyyətlə klassik musiqiyə maraqın artması məqsədini daşıyır.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Neftçalada
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Neftçala olub. 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan festival Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib.
Əməkdaşların reytinqi sisteminin təqdimatı
Azərbaycan Respublikasının Həmkarlar İttifaqı Komitəsinin sistemində fəaliyyət göstərən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi ilə Mərkəz rəhbərliyi arasında kollektiv müqavilə imzalanmışdır.









.jpg)




