Əməkdaşların reytinqi sisteminin təqdimatı

Azərbaycan Respublikasının Həmkarlar İttifaqı Komitəsinin sistemində fəaliyyət göstərən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi ilə Mərkəz rəhbərliyi arasında kollektiv müqavilə imzalanmışdır.

Akademiyanın rektoru Hüseyn Qaraşov qonaqları salamlayaraq əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin öz hüquqlarından məlumatlı olmasının vacibliyini qeyd etdi. Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova müssisələrdə Həmkarlar İttifaqının fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirdi. Qeyd etdi ki, Həmkarlar İttifaqının mövqeyi hər bir əməkdaşın, bütövlükdə kollektivin maraqlarını ifadə etməlidir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əliyev əməkdaşların maraqlarının müdafiəsinin vacib şərt kimi qarşıya qoyulduğunu vurğuladı. 

Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov "Kollektivdə münaqişələrin həllində HİK-in rolu" barəsində fikir mübadiləsi apardı.

Mərkəzin direktoru Asif Usubəliyev keçirilən tədbirin təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirdi ki, Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin və qiymətləndirmə mexanizminin açıq formada ictimaiyyətə təqdim olunması sağlam əhval-ruhiyyənin göstəricisidir. Buradayalnız rəhbərin kollektiv qarşısında deyil, eyni zamanda kollektivin rəhbərlik qarşısındakı ədalətsiz və əsassız iddiasının qarşısı alınacaqdır. 

Sonda ictimai işlərdə fəallığı ilə seçilən əməkdaşlara Həmkarlar İttfaqının sədri Cəmilə Səttarova tərəfindən Fəxri Fərmanlar təqdim edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31