Məşhur Mərakeş pianoçusu konsert proqramı ilə çıxış etdi

Beynəlxalq Muğam Mərkəzində “Frankofoniya həftələri” çərçivəsində məşhur mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib.  Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Arabesque” adlı konsert proqramı dünya ölkələrində ərəb klassik fortepiano musiqisinin tanınması və ümumiyyətlə  klassik musiqiyə maraqın  artması  məqsədini daşıyır. 

Beynəlxalq Muğam Mərkəzində "Frankofoniya həftələri" çərçivəsində məşhur mərakeşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edib. 
Mərakeş Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan "Arabesque" adlı konsert proqramı dünya ölkələrində ərəb klassik fortepiano musiqisinin tanınması və ümumiyyətlə  klassik musiqiyə maraqın  artması  məqsədini daşıyır. 
Tədbirdə Mərakeş Krallığının ölkəmizdəki səfiri Muhəmməd Adil Embarş  iki ölkə arasında mövcud  olan  mədəni əlaqələri qeyd edərək, tədbirin keçirilməsində dəstəyə görə Beynəlxalq Muğam  Mərkəzinə  təşəkkürünü bildirdi.
Sonra səslənən konsert proqramında tanınmış Mərakeş pianoçusu Maruan Benabdallahın ifasında Dia Succari (Suriya), Malik Aslanoan (İran), Fazil Say, Salim Dada (Türkiyə), Nabil Benabdeljalil (Merakeş) və başqa bəstəkarların    əsərləri təqdim edildi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31