Gündəm

Aşıq Pəri məclisi konsert təqdim edəcək

16 Aprel 2019 14:00

İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayeva, Zülfiyyə Aşıqlı, Aşıq Samirə, şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı və Fatimə Vəfa çıxış edəcəklər. Gecədə həmçinin tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddinqızı, Rəfiqə Göyçəli, İnci Şirvanlı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları dinləniləcək.

#WE2019 müsabiqəsinin qalibləri işgüzar səfəri tamamladı

16 Aprel 2019 13:58

“#WE2019 xanım sahibkarlar üçün müsabiqə”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” - Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” - Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” - Günel Məmmədhəsənova Türkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb.

Moskvadakı Qarabağ görüşünün DETALLARI - “Medvedev planı” İŞƏ DÜŞÜR

16 Aprel 2019 13:36

Moskvada xarici işlər nazirləri “Medvedev planı” üzərində müzakirələr aparıblar.

Qoruqlarında və muzeylərdə “açıq qapı” günü olacaq

16 Aprel 2019 11:56

Aprelin 18-i saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək.

Kərim Abbasovdan Rəşad İlyasova sərt sözlər -  "Kişi dediyin şəxs..."

16 Aprel 2019 11:54

Speys TV-də "Hər səhər" verilişində müğənni Rüfət Axundov və Rəşad İlyasovun mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələr səsləndiriblər.

Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu nəşr edilib

16 Aprel 2019 10:50

“Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusunu nəşr edib. Topluya Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev “Ön söz” yazıb. Məqalələr toplusunun rəyçiləri Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və muzeyin aparıcı işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, tərtibçisi isə tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovdur.

Azərbaycan ABŞ-ın ən böyük kitab festivalında təmsil olunub

16 Aprel 2019 10:24

ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində tanınmış Los Anceles Taymz qəzeti tərəfindən keçirilən Los Anceles Taymz Kitab Festivalında Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.

Eyni gündə həm kilsə, həm məscid yandı

16 Aprel 2019 10:20

Şərqi Qüdsün Qədim Şəhər bölgəsində yerləşən Əl-Əqsa Məscidində yanğın baş verib. Hadisə məscidin təhlükəsizlik xidmətinin kabinəsində qeydə alınıb. Qüds İslami Vəqflər İdarəsindən verilən yazılı açıqlamada yanğının azyaşlılar tərəfindən törədildiyi bildirilib. Həmçinin alovun yanğınsöndürmə briqadası tərəfindən söndürüldüyü qeyd edilib.

Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - Muğam Mərkəzində

16 Aprel 2019 10:19

Beynəlxalq Muğam Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirilib.

“Windows 10” sistemində problem aşkarlandı

16 Aprel 2019 10:16

“Kasperski laboratoriyası” “Windows 10” sistemində hakerlərə kompüter üzərində nəzarəti ələ keçirməyə imkan verən növbəti boşluq aşkar edib.

Zahid Xəlill oxucuları ilə görüşdü

16 Aprel 2019 10:13

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Şəhər S.Vurğun adına Mərkəzi Kitabxanası, Nizami Gəncəvi adına Kitabxana-Klub, Mərkəzi Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə uşaqların sevimli yazarı, şair Zahid Xəlillə görüş keçirilib.

“Total imla” adlı beynəlxalq aksiya 

16 Aprel 2019 10:08

Azərbaycan Dillər Universitetində (ADU) Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi, ADU-nun “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyası, Rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının təşkilatçılığı ilə “Total imla” adlı beynəlxalq aksiya keçirilib. Olaylar.az bildirir ki, dünyanın 80 ölkəsində keçirilən beynəlxalq aksiya Azərbaycanda dördüncü dəfə, ADU-da isə ilk dəfə olaraq reallaşıb və 100-dən çox iştirakçını, o cümlədən məktəbliləri, tələbələri, universitet müəllimlərini, habelə müxtəlif peşə sahiblərini və təqaüdçüləri bir araya gətirib.

Aleksandr Lukaşenk bu gün Türkiyəyə gedir

16 Aprel 2019 10:05

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək. Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedəcək.

Nazir vətəndaşları qəbul edəcək - Lənkəranda

15 Aprel 2019 17:00

Aprelin 22-də Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən Lənkəran şəhər Mədəniyyət Mərkəzində Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək.

İtaliya mətbuatı 10 milyonuncu Azərbaycan vətəndaşından yazır

15 Aprel 2019 16:56

İtaliyanın “Notizie Geopolitiche” gündəlik xəbər portalında Roma Sapienza Universitetinin dosenti Daniel Pommierin “Azərbaycan. 10 milyonuncu vətəndaş dünyaya gəlir. Cənubi Qafqazda əhalinin artımı və siyasət” başlıqlı məqaləsi dərc olunub. Olaylar.az bildirir ki, məqalədə 6 aprel 2019-cu il tarixində Azərbaycanda körpə qızın dünyaya gəlməsi ilə ölkə əhalisinin sayının 10 milyona çatdığı, sözügedən xəbərin medianın geniş diqqət mərkəzində olduğu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yeni doğulmuş körpə və onun ailəsi ilə görüşdüyü, dünyaya gələn körpənin valideynlərinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən məcburi köçkün olduqları qeyd olunur.