Aleksandr Lukaşenk bu gün Türkiyəyə gedir
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək. Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedəcək.
16 Aprel 2019 10:05 DünyaBelarus prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək. Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedəcək.
Görüşdə Türkiyə və Belarus arasındakı münasibətlər bütün detalları ilə nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Əlavə olaraq, regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq.
Müxtəlif razılaşmaların imzalanmasından sonra Türkiyə-Belarus İş Forumunun gerçəkləşdirilməsi də planlaşdırılır.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31