Gündəm
2 dekan və 17 kafedra müdiri axtarılır - BDU-da
Bakı Dövlət Universiteti (BDU) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. BDU Tətbiqi riyaziyyat və kibernetika, həmçinin Tarix fakültələri üçün dekan vəzifəsinə işçi axtarır. Bundan başqa, 17 kafedra müdiri vəzifəsi üçün də vakansiya elan olunub.
В Центре мугама состоялся прекрасный концерт в рамках музыкального фестиваля
B Международном центре мугама прошел концерт проводимого Средней специализированной музыкальной школой им.Бюльбюля фестиваля “Şərqlə-Qərbin körpüsündə” (“На мосту между Востоком и Западом”) в рамках проекта ”OSEP 2019”.
Telman İsmayılov barəsində cinayət işi açıldı - HƏBS OLUNA BİLƏR
İsveçrədə iş adamı Telman İsmayılov barəsində cinayət işi açılıb. "Kommersant"ın verdiyi məlumata görə, T.İsmayılov İsveçrədə 3 iqtisadi cinayətdə şübhəli bilinir.
Süni intellekt yeni idman növü yaradıb
"AKQA" Dizayner Agentliyi yeni idman növü icad etmək məqsədilə neyroşəbəkələrin köməyindən istifadə edib. Dörd yüzdən çox fiziki aktivlik tipini təhlil edən süni intellekt alqoritmləri özündə futbol, reqbi və kroket elementlərini birləşdirən spidqeyt (Speedgate) adlı yeni komanda oyununu yaradıblar.
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər
STEP IT Academy-də “Rəqəmsal foto” kursunun ilk buraxılışının işləri təntənə ilə təqdim olundu. Olaylar.az bildirir ki, məzunlar seçdikləri mövzularda öz işlərini təqdim etdilər. Akademiyanın təmsilçilərindən yanaşı tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin təmsilçiləri, həvəskar və peşəkar fotoqraflar iştirak ediblər.
Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var
Venesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanalardan birindən kütləvi qaçış baş verib. Bu barədə “Notosiaz Venesuela” portalı məlumat yayıb.
Bu həftə Akademik Musiqili Teatrında
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftə ərzində 8 tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, aprelin 17-də saat 19:00-da "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), aprelin 19-da saat 19:00-da Toya bir gün qalmış (Ə.Səmədli), aprelin 20-də saat 19:00-da “Amerikalı Kürəkən” (R.Mirişli, M.Haqverdiyev), aprelin 21-də saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) səhnə əsərləri təqdim olunacaq.
Məşhur əsər rus dilində çap edildi
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb.
Dünyada ilk üzən AES-in sınaqları başa çatır
Dünyada ilk üzən atom elektrik stansiyası (AES) olacaq “Akademik Lomonosov”un birinci enerji blokunun sınaqları başa çatır. “Akademik Lomonosov” enerji bloku layihəsi üzən atom istilik elektrik stansiyasının tərkibində olacaq və 100 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin edəcək üç reaktorla təchiz ediləcək.
Yetkinlik yaşına çatmayan sosial şəbəkə istifadəçilərin NƏZƏRİNƏ
Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə İdarəsi (ICO) sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün "layk" etmək imkanını ləğv etməyi təklif edib. Bu, uşaqlar üçün zərərli informasiyanın yayılmasının qarşısını alacaq.
Acun Şeyma Subaşını EVDƏN QOVDU
Şeyma Subaşı ilə keçmiş həyat yoldaşı Acun Ilıcalı arasındakı gərginlik davam edir. İnstaqram fenomeni bu dəfə başqa bir iddia ilə gündəmə gəlib. Məlum olub ki, Şeyma Subaşı TV8 kanalının direktoru Acun Ilıcalının Mayamidəki evinə getmək istəyib. Lakin Acun onu evə buraxmayıb. Bundan sonra Şeyma rəfiqəsigilə yollanıb.
Trampdan Ər-Riyada JEST: qətnaməyə veto qoydu
ABŞ prezidenti Donald Tramp Yəməndə Səudiyyə Ərəbistanına verilən dəstəyin dayandırılması haqqında Konqresin qətnaməsinə veto qoyub. Bu haqda Ağ Evin çərşənbə axşamı dərc edilmiş bəyanatında deyilir.
Muzeydə “Narkomaniya – bəşəriyyətin bəlası” adlı rəsm sərgisi
Aprelin 16-da Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya – bəşəriyyətin bəlası” adlı sərginin açılışı oldu. Olaylar.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən video-çarxa baxdılar.
“Balaca” qısametrajlı bədii filmi Fəcr Beynəlxalq Film Festivalına dəvət aldı
“Balaca” qısametrajlı bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” müsabiqə mərhələsinə dəvət alıb. Olaylar.az bildirir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən ekranlaşdırılıb.
Akademik Musiqili Teatrın aktyorları “Nəsimi ili – Nəsimi dili” festivalında
Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə “Bir teatr, bir festival” layihəsi çərçivəsində təşkil etdiyi “Nəsimi ili – Nəsimi dili” festivalı keçirilib. Olaylar.az bildirir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əmrah Dadaşov ifa etdiyi “Neylərəm” qəzəlinə görə 3-cü mükafata layiq görülüb, Mehriban Zalıyeva “Allahu əkbər, ey sənəm” qəzəlinə, Elnarə Nağdəliyeva isə “Hardasan” kompozisiyasına görə ''Təşəkkürnamə'' ilə təltif ediliblər. Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.














