“Balaca” qısametrajlı bədii filmi Fəcr Beynəlxalq Film Festivalına dəvət aldı

“Balaca” qısametrajlı bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” müsabiqə mərhələsinə dəvət alıb. Olaylar.az bildirir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən ekranlaşdırılıb.

"Balaca" qısametrajlı bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının "Eastern Vista" müsabiqə mərhələsinə dəvət alıb. Olaylar.az bildirir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən ekranlaşdırılıb.

Filmin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operatoru Orxan Ağazadə, rəssamı Sultan Sultanov, xətt prodüseri Azər Həsənov, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu və prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31