“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər

STEP IT Academy-də “Rəqəmsal foto” kursunun ilk buraxılışının işləri təntənə ilə təqdim olundu. Olaylar.az bildirir ki, məzunlar seçdikləri mövzularda öz işlərini təqdim etdilər. Akademiyanın təmsilçilərindən yanaşı tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin təmsilçiləri, həvəskar və peşəkar fotoqraflar iştirak ediblər.

STEP IT Academy-də "Rəqəmsal foto" kursunun ilk buraxılışının işləri təntənə ilə təqdim olundu. Olaylar.az bildirir ki, məzunlar seçdikləri mövzularda öz işlərini təqdim etdilər. Akademiyanın təmsilçilərindən yanaşı tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin təmsilçiləri, həvəskar və peşəkar fotoqraflar iştirak ediblər.
Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu tədbirin bağlanışında nitq ilə çıxış etdi. Sədr bildirdi ki 1984-cü ildə ilk dəfə Bakı fotoqraflarının dərnəyi yarananda dərnəy üzvlərinin tələbləri  müasir fotoqrafları düşündürən məsələlər ilə çox oxşar olub: fotoqrafiyanı incəsənətin bir növü hesab etmək, fotoqrafların təhsil səviyyəsini artırıb tədris məkəzləri yaratmaq.
Sonda akademiyaya dünyanın müxtəlif ölkələrindən fotoqrafların işlərini özündə toplayan unikal fotolayihənin fotoalbomunu, həmçinin Azərbaycan fotoqrafiyasının korifeyi olan Akif Ağayevin fotolarından ibarət kataloqu hədiyyə edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31