Məşhur əsər rus dilində çap edildi
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb.
17 Aprel 2019 09:59 MədəniyyətAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur "Kitabi Bəhriyyə" ("Dənizçilik haqqında kitab") əsəri rus dilində çapdan çıxıb.
Olaylar.az bildirir ki, əsəri qədim osmanlı dilindən rus dilinə Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva tərcümə edib. Kitabın tərtibatı və "Ön söz"ü T.Əliyevaya məxsusdur, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.
1521-ci ildə yazılmış "Kitabi Bəhriyyə" Piri Rəisin dənizçilik fəaliyyəti boyu gəzdiyi, gördüyü yerləri təsvir edən qeydlərindən ibarətdir. Kitaba Piri Rəisin gördüyü yerlərin xəritələri də əlavə olunub.
Kitabın yerdə qalan və böyük hissəsi nəsr şəklində yazılıb. 209 fəsildən ibarət bu hissədə Aralıq Dənizi və Egey dənizi sahilləri haqqında, eləcə də bu dənizlərə aid adaların, limanların, qayaların və s. ətraflı təsvirləri verilir.
Nəşrin nəzmlə yazılmış hissəsi hərfi tərcümə olunub.
Qeyd edək ki, "Kitabi Bəhriyyə" tarixçilər, coğrafiyaçılar və dənizçilər üçün qiymətli mənbə hesab olunur.