Akademik Musiqili Teatrın aktyorları “Nəsimi ili – Nəsimi dili” festivalında

Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə “Bir teatr, bir festival” layihəsi çərçivəsində təşkil etdiyi “Nəsimi ili – Nəsimi dili” festivalı keçirilib. Olaylar.az bildirir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əmrah Dadaşov ifa etdiyi “Neylərəm” qəzəlinə görə 3-cü mükafata layiq görülüb, Mehriban Zalıyeva “Allahu əkbər, ey sənəm” qəzəlinə, Elnarə Nağdəliyeva isə “Hardasan” kompozisiyasına görə ''Təşəkkürnamə'' ilə təltif ediliblər. Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə "Bir teatr, bir festival" layihəsi çərçivəsində təşkil etdiyi "Nəsimi ili - Nəsimi dili" festivalı keçirilib.

Olaylar.az bildirir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları - Əmrah Dadaşov ifa etdiyi "Neylərəm" qəzəlinə görə 3-cü mükafata layiq görülüb, Mehriban Zalıyeva "Allahu əkbər, ey sənəm" qəzəlinə, Elnarə Nağdəliyeva isə "Hardasan" kompozisiyasına görə Təşəkkürnamə ilə təltif ediliblər. Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31