VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
12 Aprel 2019 16:41 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Olaylar.az bildirir ki, nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və s. aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
Ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəst olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31