İsraildə seçkilərin nəticələri BƏLLİ OLDU: Netanyahu hökuməti...
İsraildə çərşənbə günü keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının 36 yer qazanaraq seçkilərdən üstün çıxdığını açıqlayıb.
12 Aprel 2019 09:55 Dünyaİsraildə çərşənbə günü keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.
Mərkəzi Seçki Komissiyası baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyasının 36 yer qazanaraq seçkilərdən üstün çıxdığını açıqlayıb.
"Mavi-bəyaz" İttifaqı isə 120 mandatlıq parlamentdə 35 millət vəkili ilə təmsil olunacaq. Sabiq müdafiə naziri Aviqdor Libermanın liderliyindəki "İsrail evimiz" və "Güc" partiyası 5, Ərəb İttifaqı isə 6 mandat əldə edib.
Seçkinin nəticələrinə görə, radikal sağ qanad 65 millət vəkili çıxara bildiyi üçün hökuməti qurmaq imkanına sahibdir. Publika.az