Monika Belluççi sevgilisi ilə obyektiv qarşısında
54 yaşlı aktrisa Monika Belluççi sevgilisini gizlətməmə qərarı alıb. 36 yaşlı art-qaleri sahibi olan Nikolas Lefevrla eşq yaşayan aktrisa artıq hər yerə onunla gedir. Parisdə keçirilən "Couchella" festivalı çərçivəsində keçirilən "Cartier" qala gecəsinə qatılan cütlük obyektivlər qarşısına keçərək fotolar çəkdiriblər.
12 Aprel 2019 10:10 Dünya54 yaşlı aktrisa Monika Belluççi sevgilisini gizlətməmə qərarı alıb. 36 yaşlı art-qaleri sahibi olan Nikolas Lefevrla eşq yaşayan aktrisa artıq hər yerə onunla gedir.
Parisdə keçirilən "Couchella" festivalı çərçivəsində keçirilən "Cartier" qala gecəsinə qatılan cütlük obyektivlər qarşısına keçərək fotolar çəkdiriblər.
Birlikdə qırmızı xalçaya çıxan Monika və Nikolas əl-ələ tutublar. Onlar eyni tərzdə libas seçiblər. Aktrisa "Dolce & Gabbana" brendinə üstünlük verib.
"Uzun müddətdir bir oğlanla görüşürəm. Mənim aləmimdən biri deyil, başqa sahədə çalışır. Onun həyat tərzi məni başa düşməsinə imkan verir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm və seçimimdən razıyam" deyə, Monika açıqlamasında bildirmişdi. Axşam.az