"Qadağa qoyulmayıb, tövsiyyə edilib ki..." - MTRŞ sədri Rüfət Axundov haqda

"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü". Bunu açıqlamasında "Space" TV-də müğənni Rüfət Axundovun və əməmkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib. N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: 

"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü".

Bunu açıqlamasında "Space" TV-də müğənni Rüfət Axundovun və əməmkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: 

"Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər".

N. Məhərrəmli R. Axundovun həmin ifadəni dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib: 

"MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq". ONA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31