Rumıniyanın Piteşti Universitetinin nümayəndələri Bakıda

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb. Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu söyləyib. O, qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib. Universitet rəhbəri Rumın dili və mədəniyyəti mərkəzinin ADU-nun müəllim və tələbə heyətinin də Rumıniya universitetlərinə səfərini təşkil edəcəyinə əminliyini ifadə edib. 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb.

Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu söyləyib. O, qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib. Universitet rəhbəri Rumın dili və mədəniyyəti mərkəzinin ADU-nun müəllim və tələbə heyətinin də Rumıniya universitetlərinə səfərini təşkil edəcəyinə əminliyini ifadə edib. 

Piteşti Universitetinin prorektoru Emanuel Soare universitetdə olmaqdan şərəf duyduqlarını söyləyib və səmimi qəbula görə təşəkkürünü bildirib. Universitetdə rumin dilinin tədrisinə önəm verilməsini yüksək qiymətləndirən E.Soare Erasmus proqramı üzrə layihələrdən danışıb. 

Görüşdə gələcək perspektivlər, birgə layihələr, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31