Nəcəf Allahverdiyev direktor və valideynlərə müraciət etdi -Pulsuz təlim
"Karnegi Klub"un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevi sosial şəbəkə hesabından məktəbli Elina Hacıyevanın intiharına münasibətini bildirib. Problemi maariflənmədə görən təlimçi məktəb direktorlarına və valideynlərə müraciət edib.
11 Aprel 2019 15:19 Sosial"Karnegi Klub"un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevi sosial şəbəkə hesabından məktəbli Elina Hacıyevanın intiharına münasibətini bildirib. Problemin həllini maariflənmədə görən təlimçi məktəb direktorlarına və valideynlərə müraciət edib.
Olaylar.az "Karnegi Klub"un rəhbəri, təlimçi Nəcəf Allahverdiyevin paylaşımını olduğu kimi təqdim edir:
"Dostluğumda olan Məktəb Direktorlarının nəzərinə!!!
- Hər bir məktəbdə UŞAQLAR üçün psixoloji durumlarına müsbət təsir göstərəcək ÖDƏNİŞSİZ masterklas verməyə hazıram!
- Bir neçə məktəb direktoru birləşib, MÜƏLLİMLƏRİ bir yerə toplasınlar. Ödənişsiz masterklas verməyə hazıram!
Son günlər baş verən hadisəyə hərə bir formada münasibət bildirir. Mən də öz növbəmdə əməli münasibət bildirmək qərarına gəldim.
Bu baxımdan 14 aprel VALİDEYNLƏR üçün ödənişsiz "Uşaq Tərbiyəsi" təlimi olacaq. Məktəb direktorları vasitəsı ilə uşaqlara və müəllimlərə təlim keçməyi təklif edirik.
Zənnimcə ən böyük müalicə profilaktikadır!
Əlavə məlumat: 077 444 14 00 (WP)
Dostluğunuzda olan Tədris işçilərini statusa yönəltmək faydalı olar."