Gündəm

Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib

24 İyul 2017 14:04

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər Ali Məhkəməyə müraciət ediblər. Məlumata görə, onlar Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov qərarından kassasiya şikayəti veriblər. Şikayətə Ali Məhkəmənin hakimi İnqılab Nəsirov baxacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əmək Nazirliyi 442,8 min nəfəri sosial müavinətlə, 58,6 min nəfəri Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin edib

24 İyul 2017 14:01

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-iyun aylarında respublika əhalisinin 4,4 faizi və ya 442,8 min nəfər aylıq və birdəfəlik sosial müavinətlə təmin olunub. Onlardan 86,6  faizinə aylıq, 13,4 faizinə isə birdəfəlik sosial müavinət ödənilib.

SOCAR-ın vitse-prezidenti xəbərdarlıq etdi: “Dələduazlara inanmayın”

24 İyul 2017 13:53

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov  bəzi “işbazların” vətəndaşları aldadaraq SOCAR-da işə düzəltməsi ilə bağlı  məsələyə aydınlıq gətirib. Məsələyə aydınlıq gətirən SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov  deyib ki, şirkətə işə düzəlməklə bağlı mən və  şirkətin İnsan resursları departamentinin rəisi Asif Bəkirli dəfələrlə mətbuatda və sosyal şəbəkələrdə ictimaiyyəti bilgiləndirmişik: “Bu bilgiləndirməyə  baxmayaraq, görünür ki,  hələ də bəzi insanlar digər aldananların acı təcrübələrindən dərs almayıblar.

Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkimi məhkəmə zalından azadlığa buraxılıb

24 İyul 2017 13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Həsənov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. M. Şamçıyeva barəsində də 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Prezident İlham Əliyev milli mətbuatın qarantıdır

24 İyul 2017 13:49

Qətiyyətlə demək olar ki, Azərbaycan dövləti və onun başçısı prezident İlham Əliyev ölkədə müstəqil mətbuatın formalaşması və inkişafının qarantıdır. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürürdü. Mətbuatın iqtisadi durumu o dərəcədə ağır idi ki, istənilən xarici ölkənin xüsusi xidmət  orqanı bütövlükdə media orqanını, yaxud onun ayrı-ayrı təmsilçilərini asanlıqla təsiri altına sala bilirdi. Məhz belə bir şəraitdə Ümumilli lider Heydər Əliyev müstəqil mətbuatın formalaşması  məqsədilə çoxsaylı fərman və sərəncamlar imzaladı. Beləlikilə Ulu Öndərin ciddi səyi nəticəsində Azərbaycan mətbuatı təşəkkül taparaq xarici təsirlərdən xilas olundu, üstəlik inkişaf mərhəlsinə qədəm qoydu.

Soçi görüşü Moskva ilə Bakı arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək

24 İyul 2017 13:45

Həftə sonu istər Azərbaycan, istər Rusiya, istərsə də elə Ermənistanın gümdəmini zəbt edən əsas məsələ Azərbaycan və Rusiya prezidentlərinin Soçidə bir araya gəlməsi oldu. Əvvəlcədən müəyyən edilmədiyi halda, qəfildən baş tutan bu görüş istər baş tutan anlara qədər, istərsə də ondan sonrakı günlərdə xeyli suallar və maraqlı yanaşmalar ortaya qoydu. Hər kəs, siyasilər, analitiklər, hətta düşmən ölkə Ermənistanın rəsmi və qeyri-rəsmi dairələri Putin-Əliyev görüşünə diqqət çəkərək Soçi görüşü və onun nəticələri ətrafında mülahizələr irəli sürməyə başladılar.

Başqasının yerinə Həccə getmək  olar –  HÖKMLƏR

24 İyul 2017 13:43

Bu ilin sentyabr ayında dünya müsəlmanları Qurban bayramını qeyd edəcək. Bayramla ərəfəsində Həcc ziyarətinə də start veriləcək.

Rusiya Qarabağ probleminin həllində aktivliyi artırır

24 İyul 2017 13:32

Ötən həftənin sonunda baş verən mühüm hadisələrdən biri də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü oldu. Əvvəlcədən nəzərdə tutulmadığı halda, qəfildən Azərbaycan dövlət başçısının Soçiyə səfər etməsi və rusiyalı həmkarı Vladimir Putinlə görüşü bir sıra maraqlı sualların ortaya çıxmasına səbəb oldu. Belə ki, dövlət başçılarının qəfil görüşü nəyə hesablanmışdı? Putin və İlham Əliyev görüşündə əsas müzakirə mövzusu nə olub? Və Azərbaycanla Rusiya prezidentlərinin qəfil görüşü Ermənistanda hansı reaksiya doğurdu?

1 saylı “ASAN kommunal”da yeni xidmət pəncərəsi fəaliyyətə başladı

24 İyul 2017 13:29

 1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kompaniyaları haqqında, həmçinin “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.

Fələstin və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistan əleyhinə heç bir söz demirlər

24 İyul 2017 13:28

İsrail dövləti Yerusəlim şəhərindəki tarixi məbəd və köhnə şəhər ərazisinə polis nəzarətinin gücləndirilməsi barəsində bir neçə gündür ki, qərar qəbul edib və lazımi təhlükəsizlik tədbirləri İsrail polisi tərəfindən görülür. Belə bir qərarın qəbul edilməsinə səbəb olaraq İsrail dövləti keçən həftə müəyyən ərazidə baş vermiş insidenti əsas göstərir. Xatırlamaq lazımdır ki, ötən həftə baş vermiş insident nəticəsində 3 fələstinli və 2  İsrail polisi həlak olub, onlarla insan yaralanıb.

Soçi görüşündən gözləntilər

24 İyul 2017 13:26

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında Soçidə baş tutan görüşdə dövlət başçıları tərəflər arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri dəfələrlə ikitərəfli görüş keçiriblər.

Dağıstanda naziri oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

24 İyul 2017 13:24

Dağıstanda nazirin oğurlanmasında şübhəli bilinən 2 nəfər saxlanılıb. İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovun oğurlanmasında şübhəli bilinən iki Mahaçqala sakini tutulub. İstintaqın məlumatına görə, iyulun 20-də naməlum şəxslər məmuru silahla hədələyərək oğurlayıblar.

Bayram Səfərov: “Soçi görüşünün müsbət nəticələri olacaq”

24 İyul 2017 13:21

İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezidentərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımların atılmasına səbəb ola bilər? Məsələ ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov açıqlama verib. O, deyib ki, İlham Əliyev prezidentliyi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çalışır. 

Avey dağı ərazisində arxeoloji araşdırma aparılır

24 İyul 2017 13:07

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlanılıb.

Erkən doğuş ən çox hansı yaş qruplarında olur?

24 İyul 2017 13:07

Qeysəriyyə kəsiyi əməliyyat edilənlərin əksəriyyəti təkrar bu əməliyyata girir. Bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında olur: “Belə doğuşlarla müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya diaqnozu qoyulanlardır".