Avey dağı ərazisində arxeoloji araşdırma aparılır

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlanılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlanılıb.
AMEA - dan "Olaylar" - a bildirilib ki, Azərbaycan tərəfindən beynəlxalq ekspedisiyaya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Yaponya tərəfindən Tokio Universiteti Muzeyinin rəhbəri, professor, doktor Yoşihiro Nişiaki başçılıq edir.
Hələ 2015-ci ildə Tokio Universitetində ingiliscə dərc edilən, Azərbaycan-Yaponiya arxeoloqlarının birgə apardıqları kəşfiyyat xarakterli tədqiqatların hesabatında göstərilib ki, Cənubi Qafqazda ilk neolit mədəniyyəti, əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit icmaları tərəfindən yaradıldığı ehtimal var. Amma mezolit icmaların arxeoloji detalları və arxeoloji landşaftı hələki tam aydın deyil. Vaxtilə, azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektlərini aşkar etmişdilər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurub.
Beynəlxalq ekspedisiyanın arxeoloji araşdırmaları iyulun 30-na kimi davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31