Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər Ali Məhkəməyə müraciət ediblər. Məlumata görə, onlar Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov qərarından kassasiya şikayəti veriblər. Şikayətə Ali Məhkəmənin hakimi İnqılab Nəsirov baxacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
24 İyul 2017 14:04 Kriminal"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər Ali Məhkəməyə müraciət ediblər. Məlumata görə, onlar Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov qərarından kassasiya şikayəti veriblər. Şikayətə Ali Məhkəmənin hakimi İnqılab Nəsirov baxacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.