Fələstin və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistan əleyhinə heç bir söz demirlər

İsrail dövləti Yerusəlim şəhərindəki tarixi məbəd və köhnə şəhər ərazisinə polis nəzarətinin gücləndirilməsi barəsində bir neçə gündür ki, qərar qəbul edib və lazımi təhlükəsizlik tədbirləri İsrail polisi tərəfindən görülür. Belə bir qərarın qəbul edilməsinə səbəb olaraq İsrail dövləti keçən həftə müəyyən ərazidə baş vermiş insidenti əsas göstərir. Xatırlamaq lazımdır ki, ötən həftə baş vermiş insident nəticəsində 3 fələstinli və 2  İsrail polisi həlak olub, onlarla insan yaralanıb.

Murad Ağamiyev: "Onların "Böyük Ermənistan" eşqi bizə tam mahiyyəti ilə məlumdur"

İsrail dövləti Yerusəlim şəhərindəki tarixi məbəd və köhnə şəhər ərazisinə polis nəzarətinin gücləndirilməsi barəsində bir neçə gündür ki, qərar qəbul edib və lazımi təhlükəsizlik tədbirləri İsrail polisi tərəfindən görülür. Belə bir qərarın qəbul edilməsinə səbəb olaraq İsrail dövləti keçən həftə müəyyən ərazidə baş vermiş insidenti əsas göstərir. Xatırlamaq lazımdır ki, ötən həftə baş vermiş insident nəticəsində 3 fələstinli və 2  İsrail polisi həlak olub, onlarla insan yaralanıb.

"İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu"-nun Prezidenti Murad Ağamiyev baş verən proseslərə münasibətində qeyd edib ki, bəzi islam ölkələri tərəfindən İsraili hədəf alan çıxışlar, tətbiq edilən təhlükəsizlik tədbirlərinin əleyhinə bəyənatlar və 21 iyul tarixində qılınan cümə namazının ``Nifrət cüməsi`` günü kimi qeyd edilməsi cəhdləri birmənalı olaraq yaranmış vəziyyətdən siyasi fayda qazanmaq üçündür. Çünki İsrail hökuməti açıqlama edərək bildirib ki, tarixi məbədə və köhnə şəhər ərazisinə 50 yaşından yuxarı olanlar və qadın müsəlmanlar daxil ola bilər və buna heç bir qadağa yoxdur. Digər tərəfdən də ümumiyyətlə, hər hansı ciddi bir etirazlara rəvac verəcək sanksiya mövcud deyil. Biz sadəcə təhlükəsizliyin təmin edilməsi məqsədilə ibadətgahın girişində yoxlama cihazları yerləşdirmişik". Murad Ağamiyevin sözlərinə görə, bu açıqlamadan da bir daha görsənir ki, etirazlara və beynəlxalq qınaq yaratmağa çalışmağa heç bir səbəb yoxdur: "Yoxlama cihazlarının quraşdırılması nə üçün fələstinliləri narahat edir, şəxsən mənim üçün çox maraqlıdır. Belə hesab edirəm ki, yoxlamadan yayınmağa can atanlar və etirazçılar terrorun, qan axmasının və bölgədə sabitliyin bərpa edilməməsinin marağında olan şəxslərdir. Əks təqdirdə belə bir müsbət tədbiri mətbuata və ictimaiyyətə tamam başqa formada təqdim etməzdilər. Ümumiyyətlə İsrail dövləti və yəhudi xalqı tərəfindən bu ərazilərdə abadlaşdırma, quruculuq işləri olduqca geniş şəkildə həyata keçirilir. Yerusəlimdə olanlar mənim sözlərimi təsdiq edərlər ki, həqiqətən tarixi məbəd və köhnə şəhərin ərazisini pis hala salan, zibilləyən, ətrafda ədəbsizlik və mədəniyyətsizliyə yol verənlər birmənalı olaraq fələstinlilərdir. Sülh, əmin-amanlıq və dostluq barəsində ümumiyyətlə danışmaqdan imtina edərək hətta İslam dininin başlıca əmrlərindən bu cür kənar qaçan fələstinlilər yalnız və yalnız qruplaşmalar yaradaraq və ya qruplaşmalara qoşularaq bölgədə təzyiqi daha da yüksəldirlər. Davamlı sabitliyin , tolerantlığın və multikulturalizmin bərqərar olması lazım olan yerdə xaricdən maliyyələşən terrorçu qruplaşmaların boş vədlərinə inanıb, xarabalıqların artmasına rəvac verən fələstinlilər bu yolla özlərinə ən böyük pisliyi etmiş olurlar, lakin çox təəssüf ki, bunun fərqində deyillər. Bu gün dünya ictimaiyyətinə təhlükəsizlik tədbirlərini sıxışdırılma, əzilmə və zülmə məruz qoyulma kimi təqdim edən Fələstin və onun bu işdə ən yaxın müttəfiqləri təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində Ermənistan əleyhinə bir dəfə belə söz demirlər. Tam əksinə Fələstin və İranın "Böyük Ermənistan" eşqi bizə tam mahiyyəti ilə məlumdur". Təşkilat sədrinin sözlərinə görə, Azərbaycan xalqı bu məsələdə də ətraflı şəkildə doğru və dolğun informasiyaya malik olmalıdır ki, xarici təsirlərə məruz qalmasınlar: "Məxsusən də inanclı müsəlmanlar Fələstinlə əməkdaşlıq edən digər dövlətlərin yaydığı əsassız informasiyalara inanmaqdan çəkinməlidir. Nəzərə alın ki, yəhudilər Azərbaycanda əsrlərdir yaşayırlar və artıq aboregen xalq olaraq qəbul edilirlər. Bu uzun illər ərzində bir dəfə belə olsun millətlərimiz arasında ən kiçik mübahisə və anlaşılmazlıq baş verməyib. Torpaqlarımızın və ərazi bütövlüyümüzün müdafiə olunmasında bizimlə birgə yəhudilər də böyük qəhrəmanlıq salnamələri yazıblar. Şəhidlərimiz, milli qəhrəmanlarımız içərisində yəhudilərin də yer alması bunun bariz nümunəsidir. Bütün qeyd edilən nüanslar bir daha sübut edir ki, sabitliyin davamlılığı üçün İsrail dövlətinin gördüyü təhlükəsizlik tədbirləri Fələstin və müttəfiqləri tərəfindən siyasiləşdirilir və insanların dini inancları istismar edilir. ``Nifrət cüməsi``-nin təsis edilməsi cəhdi bunun bariz nümunəsidir. Belə neqativ və rasist çıxışların artması, dəstəklənməsi heç bir vəchlə qəbul edilən deyil. Ermənistanın Azərbaycana və bu torpaqlarda yaşayan çoxsaylı millətlərə qarşı törətmiş olduğu qanlı terror aktları və soyqırımlarını, bizim millətin ənənəvi dininin İslam dini olmasını nəzərə almadan Azərbaycana nifrət şüarları səsləndirib, bayrağımızı yandırıb, Ermənistana dəstək və qardaşlıq şüarları hayqıran fələstinlilər heç bir zaman bizim dostumuz və qardaşımız ola bilməz. Bu yaltaq, ikiüzlü fələstinlilər özlərini aciz, zəif və məzlum formada qələmə verərək terroru və terrorizmi dəstəklədiyi üçün, qan tökməyi sevdiyi üçün yoxlama cihazlarının yerləşdirilməsinə etiraz edir, bu təhlükəsizlik tədbirlərini boykot edib, siyasiləşdirir. Məsələ tam mahiyyəti və bütün çılpaqlığı ilə ortadadır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31