Rusiya Qarabağ probleminin həllində aktivliyi artırır

Ötən həftənin sonunda baş verən mühüm hadisələrdən biri də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü oldu. Əvvəlcədən nəzərdə tutulmadığı halda, qəfildən Azərbaycan dövlət başçısının Soçiyə səfər etməsi və rusiyalı həmkarı Vladimir Putinlə görüşü bir sıra maraqlı sualların ortaya çıxmasına səbəb oldu. Belə ki, dövlət başçılarının qəfil görüşü nəyə hesablanmışdı? Putin və İlham Əliyev görüşündə əsas müzakirə mövzusu nə olub? Və Azərbaycanla Rusiya prezidentlərinin qəfil görüşü Ermənistanda hansı reaksiya doğurdu?

Ötən həftənin sonunda baş verən mühüm hadisələrdən biri də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü oldu. Əvvəlcədən nəzərdə tutulmadığı halda, qəfildən Azərbaycan dövlət başçısının Soçiyə səfər etməsi və rusiyalı həmkarı Vladimir Putinlə görüşü bir sıra maraqlı sualların ortaya çıxmasına səbəb oldu. Belə ki, dövlət başçılarının qəfil görüşü nəyə hesablanmışdı? Putin və İlham Əliyev görüşündə əsas müzakirə mövzusu nə olub? Və Azərbaycanla Rusiya prezidentlərinin qəfil görüşü Ermənistanda hansı reaksiya doğurdu?

Vladimir Putinlə İlham Əliyevin həftə sonu baş tutan görüşü və orada müzakirə edilən məsələlərə gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin Soçiyə qəfil səfəri bir sıra suallar yaratdı ki, hansı məsələlərin müzakirəsi dövlət başçısının qəfildən Rusiyaya səfər etməsinə yol açdı. Politolq bildirib ki, Soçi görüşlü ermənilərdə də ciddi narahatçılıq yaradıb: "Onlar belə düşünürdülər ki, əgər Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə belə təcili görüşə ehtiyac duyursa, deməli Moskva Qarabağ problemi ilə bağlı hansısa planlar üzərində işləyir və Kreml İrəvana bu istiqamətdə hansısa təzyiqlər edə bilər. Erməni ekspertləri İlham Əliyevin Soçi görüşünə qədər məhz belə bir ehtimallarla çıxış edirdilər". Elxan Şahinoğlu deyib ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə iki məqam diqqəti çəkib. Politoloqun sözlərinə görə, birinci məqam elə Rusiya prezidenti Vladimir Putinin dilindən səsləndi: "Azərbaycan prezidenti İlham Əliyevlə görüşə "ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək" ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu dedi. Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. Narahatedici mövzuların tamamı hamımıza bəllidir. Bu mövzular barədə illərdir ayrı-ayrılıqda yazırıq, açıqlama veririk". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlamalıdır: "Açıqlamanın ilk cümləsində deyilir: "Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib". Bu Azərbaycan prezidentinin və digər rəsmilərimizin rusiyalı həmkarlarıyla müzakirə etdiyi başlıca mövzudur. "Rusiya istəsə münaqişə qısa zamanda həll olunar" - yanaşması hələ köhnəlməyib. Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir, istəsə də Azərbaycana elə ağır şərtlərini irəli sürür ki, bunlara "hə" demək Azərbaycanın Ermənistanın gününə düşməsinə gətirib çıxaracaq. Kreml istəsə erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər. Bunun üçün Putinin erməni

həmkarına bir telefon zəngi kifayət edər. Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir". Politoloqun qənaətincə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı ilə görüşdən sonra "balans"ın pozulmaması üçün Ermənistanın dövlət başçısını da ya Soçiyə dəvət edəcək, ya da Serj Sərkisyanla Moskvada görüşəcək.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Prezident Ilham Əliyevin Soçiyə qəfil səfəri Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə həyata keçirilib. Onun sözlərinə görə, həmin görüşdə iki lider Qarabağ münaqişəsinin həlli yolları və son aylarda Rusiya-Azərbaycan arasında soyuq münasibətlərə aydınlıq gətiriblər: "Bir neçə ay idi davam edən iki ölkə arasında sərin siyasi əlaqələrə aydınlıq gətirmək üçün belə bir görüşə ehtiyac duyulurdu". Politoloq bildirib ki, payızda gözlənilən Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində Vladimir Putin Serj Sarkisyanı da qəbul edəcək: "Qeyd edim ki, prezident Ilham Əliyev Putindən bir daha Ermənistana Qarabağ münaqişəsinin həllində güzəştə gəlməsi üçün səylərini davam etdirilməsini istəyəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31