Gündəm
Siirtde terror
Türkiyənin Siirt vilayətinin Baykan bölgəsi PKK terror təşkilatının hücumuna məruz qalıb. Terrorçular Balkan bölgəsinin Çuxurkənd məhəlləsində yerləşən polis idarəsinə hücum ediblər. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri və terrorçulrla yaşanan silahlı insident zamanı bir əsgər şəhid olub, bir əsgər və bir təhlükəsizlik əməkdaşı yaralanıb. Yaralılar Siirt Dövlət xəstəxanasına yerləşdirilib.
Dərsliklərin standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa ciddi diqqət yetirilməlidir
Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı institutun direktoru, akademik Yaqub Mahmudovdan üçün məxsusi açıqlama alıb. Tarixçi-alimin açıqlamasında deyilir:
Külək davam edəcək
İyulun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Faiq Əmirliyə hökm oxundu
Bu gün Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
"Qarabağ" Çempionlar Liqasında yubiley matçına çıxacaq
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Ağdamın "Qarabağ" klubu üçün əlamətdar olacaq. "köhlən atlar" qitənin ən nüfuzlu klub turnirində yubiley matçına çıxacaq. "Şerif"lə sabahkı görüş Qurban Qurbanovun yetirmələri üçün Çempionlar Liqasında 15-ci olacaq. "Ağ-göylər" bu turnirdə indiyədək 14 matça çıxıb.
Siyasi ekspert: Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsini verəcək
Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu
Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub. Hadisə iyulun 22-də, gecə saatlarında baş verib. Oğrular Xətai rayonu ərazisində yerləşən "TNT" kuryer şirkətinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.
Pepe: "Beşiktaş" mənim üçün yeni bir şansdır"
Soçi görüşünün mühüm MƏQAMLARI
“Son zamanlar Azərbaycan Rusiya arasında müəyyən məsələlər var idi ki onların müzakirəsinə böyük ehtiyac var idi. Bura Bakıya gələn erməni əsilli Rusiya vətəndaşlarının guya həbs edilməsi, Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatının bağlanması, Rusiya tərəfindən pulsuz olaraq Ermənistana “İskəndər” tipli və daha müasir silahların göndərilməsi, cəbhə xəttində baş verənlər, ən əsası da Dağlıq Qarabağ münaqişəsi və digərləri daxil idi”. Bunu politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya Prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşü şərh edərkən deyib.
Terror təşkilatı daxilində RÜŞVƏT QALMAQALI
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin spikeri Redur Xəlilin İŞİD terror təşkilatından rüşvət alması faktı ortaya çıxıb. Faktın ortaya çıxarılmasından dərhal sonra PYD Qəndil şəhərindən terrorçu qrup göndərərək R.Xəlili həbs edib. Təşkilatın spikeri, eyni zamanda Haseki bölgəsində kəşfiyyat lideri olan Redur Xəlil adlı terrorçu təşkilat içindəki nüfuzundan istifadə edərək rüşvət almaqda, sui-istifadə və qaçaqçılıqda da günahlandırılır. Terrorçunun PKK-ya aid pulları da mənimsədiyi ortaya çıxıb. Xəlil həmçinin, insan, mal və silah qaçaqçılığı sahəsini monopoliyasına alıb və bu yolla gündə on minlərlə dollar pul qazanıb.
4 il sonra üstü açılan DƏHŞƏTLİ CİNAYƏT: ərini öldürüb tövlədə basdırdı
4 il bundan qabaq ərini öldürüb həyətdə basdıran qadın həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Lent.az-a verilən məlumata görə, Respublikanın polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıqlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.
Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə D. Xəlilov son sözlə çıxış edib.
Ermənistan prezidenti İrana səfər edəcək
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 5-də İrana işgüzar səfər edəcək. O, səfər çərçivəsində İranın yenidən seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.
İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalar təbliğ edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi və "İMSİ" Gənclər İctimai Birliyinin təşgilatçılığı ilə “İnternat məzunu olan gənclərə “Davranış qaydaları və etik normaların” təbliği” layihəsi həyata keçirilir. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi dörd müəssisədən (Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evi) internat və uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərləri təbliğ etməklə, onların dünyagörüşünün artırılması məqsədi ilə maddi-mədəniyyət abidələrinə gəzintilər təşkil etmək, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir. 22 İyul 2017-ci il tarixdə "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin "İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği" layihəsi çərçivəsində təlimlərə start verilib.
Cavid Qurbanov: “Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında işlərin gedişatı ilə tanış olublar. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Qars dəmir yolu vağzalından başlayan səfər Gürcüstanın Axalkalaki stansiyasına qədər davam edib. Dəmir yolu rəhbərləri texniki vəziyyətlə yerində tanış olmaq məqsədilə, Qars stansiyasından Türkiyə-Gürcüstan sərhədindəki tunelə qədər olan sahəyə və tunelə, tuneldən sonra isə Axalkalaki stansiyasına qədər olan sahədə infrastruktur obyektlərinə - dəmir yolu xətlərinə, süni qurğulara, inzibati bina və tikililərə, hərəkət tərkibi ilə bağlı digər sahələrə baxış keçiriblər.














