İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalar təbliğ edilir 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi və "İMSİ" Gənclər İctimai Birliyinin təşgilatçılığı ilə “İnternat məzunu olan gənclərə “Davranış qaydaları və etik normaların” təbliği” layihəsi həyata keçirilir. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi dörd müəssisədən (Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evi) internat və uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərləri təbliğ etməklə, onların dünyagörüşünün artırılması məqsədi ilə maddi-mədəniyyət abidələrinə gəzintilər təşkil etmək, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir. 22 İyul 2017-ci il tarixdə "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin "İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği" layihəsi çərçivəsində təlimlərə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi və "İMSİ" Gənclər İctimai Birliyinin təşgilatçılığı ilə "İnternat məzunu olan gənclərə "Davranış qaydaları və etik normaların" təbliği" layihəsi həyata keçirilir. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi dörd müəssisədən (Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evi, Sabunçu rayon 1 saylı xüsusi internat məktəbi və Xətai rayon 3 saylı uşaq evi) internat və uşaq evindən məzun olan gəncləri bir yerə toplayaraq onlara davranış qaydaları, vətənpərvərlik və milli mənəvi dəyərləri təbliğ etməklə, onların dünyagörüşünün artırılması məqsədi ilə maddi-mədəniyyət abidələrinə gəzintilər təşkil etmək, maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstərməkdir. 22 İyul 2017-ci il tarixdə "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin "İnternat məzunu olan gənclərə davranış qaydaları və etik normalarının təbliği" layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimin ilk günü İnternat məzunlarının görüşünə gələn Nizami rayon icra Hakimiyyətinin başçısının müavini Gülnaz xanım iştirakçıları salamlayaraq İnternat uşaqları ilə bağlı dövlətimizin həyata keçirdiyi çoxsaylı tədbirlərdən və qayğılardan danışıb. O İnternat məzunlarının bu layihəsinə uğurlar arzulayı. Davranış qaydaları və etik normaların çoxsaylı komponentlərindən məlumat verən təlimçi Şahin Rəcəbov mövzunun müasir cəmiyyət üçün çox aktual olduğunu qeyd edib. Birliyinin sədri Araz Əhmədov artıq İnternat və uşaq evində böyüyüb orda təhsil alan gənçlər haqqında cəmiyyətdə mövcud olan stereotipləri aşaraq bu təşkilatın cəmiyyət üçün çox faydalı kadr bazasını hazırladığını, bu təbəqə haqqında pozitiv fikrin formalaşdığını qeyd edib. Təlimdən sonra iştirakçılar Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər. Daha sonra gənclər çimərliyə istirahətə dəvət olunublar. 23.iyul 2017 -il tarixdə növbəti təlimdən sonra gənclər , İcəri şəhər Dövlət Tarixi memarlıq qoruğunda Qızqalası və Şirvan Şahlar sarayınin tarixi haqqinda ətraflı və maraqlı məlumatlar oyrəniblər. Tədbir iki həftə davam edəcək. Növbəti həftə "İMSİ" gəncləri , Qonustan Dövlət tarixi bədii quruğuna səfər edəcəklər . Layihənin sonunda təlimlərə qoşulan gənclər üçün uç günlük düşərgə təşkil olunacaq və bu düşərgə ərzində gənclərimiz Şamaxı və İsmayıllı rayonlarında yerləşən bir necə tarixi yerlərlə tanış olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31