Gündəm
Yeni hərracın tarixi açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 avqust 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılıb. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Qazax, İmişli, Göyçay, Yevlax və digər bölgələrdə yerləşir.
Binəqədidə hesabat yığıncağı keçirilib
Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Modul tipli məktəblərin quraşdırılması davam edir
Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu günədək 30 modul tipli məktəbin quraşdırılması başa çatıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir.
Gecə internetə girənlər şok yaşadı - Səudiyyə Ərəbistanında
Qətərə aid bütün internet saytlarını qadağan edən Ər-Riyad rəhbərliyi gecə yarısından bu yana daxil olması mümkün saytların yenidən bağlanılacağını bildirib. Səudiyyə Ərəbistanından "Al Jazeera" və "Bein Sports" kanalları başda olmaqla Qətərə aid internet saytlarına səhvən daxil olmaq icazəsi verilib.
Türkiyədə general və admiralların sayı açıqlandı
Ötən ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra keçən zaman ərzində Türkiyə Hərbi Qüvvələrində aparılan təmizləmə işlərindən sonra general və admiralların sayı 40 faiz azalıb.
Ekspert: “Prezidentin jurnalistlərə göstərdiyi etimad qürurverici idi”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin jurnalistlərə ev hədiyyə verməsi sözün hər mənasında unikal hadisədir. Daha 255 həmkarımız mənzillə təmin edildi. Onların arasında böyük əksəriyyətinin evi belə yox idi”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin korlanması ilə bağlı səyləri heçə endirdi"- ŞƏRH
“Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü göstərdi ki, prezidentlər arasında münasibətlər o qədər səmimidir ki, onlara müəyyən məsələləri həll etmək üçün xüsusi protokol lazım olmur. Rusiyanın dövlət başçısına Azərbaycan prezidentinin xahişi kifayət edir ki, onlar Soçiyə gəlib mühüm məsələləri sərbəst şəkildə çözsünlər. Təbii ki, bu, böyük göstəricidir”. Bunu beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.
Politoloq: “Soçi görüşü çox əhəmiyyətli idi”
“Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü çox əhəmiyyətli idi. Soçi görüşündən əvvəl cənab Prezident İlham Əliyev və Putin arasında görüşdən kifayət qədər vaxt keçmişdi. Bu müddət ərzində iki ölkə arasında kifayət qədər problemlər və suallar yaranmışdı”. Bunu politoloq Zaur Məmmədov deyib.
Deputat Soçi görüşündən danışdı
“Prezidentlərin Soçi görüşü ölkələrimiz arasında qonşuluq, dostluq və strateji əməkdaşlığın inkişaf etməsinin göstəricisidir”. Bunu millət vəkili Azər Badamov deyib.
Toyunda 4 gəlinlik dəyişən Natavan Həbibi: “Mən sizə salam verəndə...”
Toyunda 4 gəlinlik libası dəyişən Natavan Həbibi onu tənqid edənlərə kəskin cavab verib. Keçən həftə reper Səid (Dado) Əliyevlə təmtəraqlı şəkildə evlənən müğənni toydan onun haqqında səsləndirilən fikirlərə münasibət bildirib: “Mən sizə salam verəndə, cavab olaraq sadəcə salam verin.
Rəşad Sadiqov "Zirə"dən qovuldu
"Zirə" klubunda gözlənilməz ayrılıq baş verib. Yarımmüdafiəçi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb. Bildirilir ki, baş məşqçi Ayxan Abbasov bu barədə rəhbərliyə təqdimat ünvanlayıb. Nəticədə futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.
“Güney Azərbaycan nəsri” çap olundu
“Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri” antologiyasını çap edib. Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və “Ön söz”ü ilə yayınlanan antologiyaya Güney Azərbaycan bədii nəsrindən seçmələr daxil edilib. Nəfis tərtibatla çapdan çıxan kitabda Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış simalarla yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli, Səməd Niknam, Güntay Gəncalp, Vali Gözətən, Fəranək Fərid, Küyülü Səid Nəccari, Toğrul Atabay, Həmid Arğış və başqa yazıçıların yaradıcılığı da yer alıb.
"Google Play"də təhlükəli virus yayılıb
"Google Play" internet mağazasında yer alan yüzlərlə mobil tətbiq (mobile application) "BankBot" adlı troyan virusuna yoluxub. Məlumata görə, "Dr. Web" antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, mobil cihaza daxil olduqdan sonra virus müxtəlif sosial şəbəkələrin messencerlərindən ("Viber", "Spanchat", "Instagram", "WhatsApp") yazışmaları ələ keçirir. Bununla yanaşı, virus mobil cihazın sahibinin bank hesablarını da ələ keçirməyə qadirdir.
“Gürcüstanda anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyənin güclənməsi də özbaşına baş vermir”
Gürcüstan Rusiya ilə danışıqlarında 2011-ci ildə imzalanmış müqaviləni aktuallaşdırır. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, rəsmi Tbilisi bu mövzuda danışıqları başlamaqla Rusiya-Gürcüstan sərhədinin harada, başqa sözlə 08.08.2008-ci il hadisələrinə qədərki yerdə olduğunu yada salmaq istəyir: “Adı çəkilən müqaviləyə görə Rusiya ilə Gürcüstan arasında yük daşımaların rəsmiləşdirilməsi yalnız Gürcüstanla Rusiyanın beynəlxalq aləmdə tanınmış sərhədlərində baş verməlidir.
Məşhur aktrisa anasının atasını öldürməyindən danışdı
Hollivud ulduzu Şarliz Teron açıqlamaları ilə təəccübləndirib. Anasının uşaqlıqda atasını öldürdüyünü deyən aktrisa əvvəllər həqiqəti gizlətdiyini və onu avtomobil qəzasında itirdiyini dediyini söyləyib.














