Gündəm

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

24 İyul 2017 11:33

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Çimərlikdə turistin əşyaları oğurlanıb

24 İyul 2017 11:31

Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb. Məlumata görə, hadisə Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə qeydə alınıb. Belə ki, əslən Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Paytaxtda  yaşayış binası yanır

24 İyul 2017 11:30

Bakıda yaşayış binasında yanğın başlayıb. “Olaylar” xəbər verir ki, yanğın hadisəsi paytaxtın Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Yanğınla əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də imtahan verəcəklər

24 İyul 2017 11:28

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş verən yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Bu barədə Dövət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

"Dəniz Yılmaz ən güclü futbolçularımızdan biridir"

24 İyul 2017 11:25

"Dəniz indi çox istəklidir. Bu da məni sevindirir". Bunu "Bursaspor"un baş məşqçisi Pol Le Quen deyib. Təlim-məşq toplanışının gedişi ilə bağlı yerli mətbuata açıqlama verən fransalı mütəxəssis Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın əfv edilməsinə yenidən aydınlıq gətirib.

Onu zorlayan oğlana məcburi ərə gedən 16 yaşlı qızın qisası ağır oldu

24 İyul 2017 11:24

Mübahisədən sonra üç aylıq həyat yoldaşını öldürən 16 yaşlı gəlinin təcavüzə uğradığı üçün evlənmək məcburiyyətində qaldığı məlum olub.  Ötən gün 16 yaşlı gəlin Tuğçe E. -nin, 18 yaşlı həyat yoldaşı Osman Kalenderi tapançayla öldürdüyü hadisəylə əlaqədar detallar ortaya çıxıb.

“Təmiz hava” aylığı keçiriləcək

24 İyul 2017 11:22

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində avqustun 1-dən 31-dək “Təmiz hava” aylığı keçirəcək. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, “Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

Təhsil naziri Zaqatalada vətəndaşları qəbul edəcək

24 İyul 2017 11:20

Təhsil naziri Mikayıl Cabbarov avqustun 1-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.

Ermənilər 155 dəfə atəşkəsi pozub

24 İyul 2017 11:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.

Ermənistanda PARTLAYIŞ: yaralanan var

24 İyul 2017 11:17

Ermənistanda Artaşat şəhəri yaxınlığında partlayış baş verib.  Partlayış barədə ölkənin Fövqəladə Hallar xidməti xəbər yayıb. Məlumata görə, partlayış qazdoldurma stansiyasında qeydə alınb.

Səyyar ASAN qatar Siyəzəndə 

24 İyul 2017 10:22

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Zəfər Algözdən növbəti kitab xəbəri

24 İyul 2017 10:16

Məşhur Türk aktyoru Zəfər Algöz artıq ikinci kitabını tamamlamaq üzrədi. Bu barədə aktyor keçirdiyi mətbuat konfransında məlumat verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, birinci kitabı “Haşırt Dı Bilekbord” adlanan kitab aktyora böyük uğur qazandırmışdı. İnqilab nəşriyyatında çap olunan kitab daha sonra  11 dəfə təkrar nəşr olunub.

Sezen Aksu uşaqlar üçün yazdı

24 İyul 2017 10:01

Sezen Aksunun yazdığı musiqili uşaq oyunu   “Efe və Bulut”  Caretta nəşriyyat tərəfindən kitab halına gətirilib.  “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, sənətçinin bir uşaqlıq xatirəsindən ilhamlanaraq yazdığı musiqili  hekayə uşaqlara heyvan sevgisini, gözəl düşünməyi, cəsarət və ümid aşılayır.

Əfqanıstanda növbəti TERROR

24 İyul 2017 09:46

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, partlayış Kabilin Şii məhələsində baş verib. Partlayıcı qurğu olan avtomobili polis saxladıqdan sonra partladıldığı məlum olub. Hadisə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib. Partlayış zamanı  24 nəfər həlak olub, 42 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Vulkan püskürdü

24 İyul 2017 09:38

Rusiyada Kamçatkada Şiveluç vulkan püskürüb. Bu haqda Rusiya FHN-in yerli komitəsi xəbər verir. Xəbərə əsasən, vulkan dəniz səviyyəsindən 12 min metr hündürlüyə kül sütunu atıb.