Əfqanıstanda növbəti TERROR

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, partlayış Kabilin Şii məhələsində baş verib. Partlayıcı qurğu olan avtomobili polis saxladıqdan sonra partladıldığı məlum olub. Hadisə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib. Partlayış zamanı  24 nəfər həlak olub, 42 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, yanvar - iyun ayları ərzində Əfqanıstanda baş verən terror hadisələri zamanı 661 nəfər həlak olmuşdu. Partlayışları İŞİD və Taliban terror qruplaşmaları öz üzərlərinə götürmüşdülər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31