Çimərlikdə turistin əşyaları oğurlanıb
Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb. Məlumata görə, hadisə Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə qeydə alınıb. Belə ki, əslən Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
24 İyul 2017 11:31 KriminalBakıda çimərlikdə turistin əşyaları oğurlanıb. Məlumata görə, hadisə Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə qeydə alınıb. Belə ki, əslən Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.