Gündəm
Səfirliyə silahlı hücum
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə iki nəfər ölüb. İnsident nəticəsində səfirliyin iki mühafizəçisi yaralanıb. “Ammon” agentliyi səfirliyin ərazisində də yaralıların olduğu barədə məlumat yayıb və daha bir İordaniya vətəndaşı aldığı güllə yarasından həlak olub. Agentliyinin məlumatın görə, silahlı şəxslər səfirliyin binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdiriliblər.
5,7 bal gücündə zəlzələ
Yaponiyanın şərq sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Miyako şəhərindən 141 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
"Taliban"a AĞIR ZƏRBƏ
İranda zəlzələ
İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. "Olaylar" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:01-də qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Fələstin İsrailə raket atdı
Bu gecə Qəzza ərazisindən İsrail ərazisinə raket atılıb. Bu barədə "RİA Novosti" İsrail ordusuna istinadən məlumat yayıb. "Bir neçə dəqiqə əvvəl Qəzza sektorundan raket buraxılıb. Raket göydə ikən partlayıb. Xəsarət alanlar barədə məlumat yoxdur", - deyə israil ordusunun rəsmi Twitter hesabında qeyd olunub.
Mədən çökdü
Soçi görüşü: Bakı və Moskvanın strateji tərəfdaşlığında yeni mərhələ
"Dedi Bakıya gələn kimi evlənəcəm” - Suğra Bağırzadə
Məcburi köçkünlər yeni binalara köçürülür
İyulun 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə,püşkatma Komitədə yaradılmış komissiyanın, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yuxarı göstəriciləri sırasındadır.
"3 Adam" Acunun kanalından getdilər
“3 Adam” verilişinin aparıcıları Eser Yenenler, Oğuzhan Koç və İbrahim Büyükaka bir neçə ildir çalışdıqları “Tv 8” kanalından ayrılıb. "Olaylar" Türkiyə mətbuata istinadən xəbər verir ki, aparıcılar Acunun kanalından ayrıldıqlarını instaqramda xəbər verib. Eser Yenenler baş verən hadisələrlə bağlı İnstaqramda verdiyi açıqlamada “3 Adam” verilişinin növbəti mövsümdən başqa kanalda yayımlanacağını etiraf edib.
“Taliban” liderinin oğlu öldürüldü
“Taliban” radikal qruplaşmanın lideri Mulavi Axundzadənin oğlu öldürülüb. Hadisə Əfqanıstanda hərbiçilərə hücum zamanı baş verib. “Taliban” nümayəndəsi bildirib ki, 23 yaşlı Abd ar-Rəhman Xalid cümə axşamı Qilmend əyalətinin Qirişk şəhərində hərbi bazaya minalanmış avtomobillərlə hücum zamanı ölüb.
"Bəziləri bu nəcib aksiyaya kölgə salmağa çalışır" - Əli Həsənov
"Bu il 22 iyul Milli Mətbuat Günü ikiqat əlamətdardır". Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Qəbələdə güclü yanğın
Qəbələ rayonunun Məlikli kəndində vətəndaşa məxsus, ümumi sahəsi 163 m2 olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Ağ Evin yeni mətbuat katibi
"Ağ ev"in yeni mətbuat katibi məlum olub. Bu barədə "Ağ ev"in yeni təyin edilən kommunikasiyalar üzrə direktoru Entoni Skaramuççi bildirib. Yeni katib Sara Sanders olacaq.



.jpg)




.jpg)





