"Taliban"a AĞIR ZƏRBƏ
23 İyul 2017 23:45 DünyaƏfqanıstanda "Taliban" terror qruplaşmasının azı 34 üzvü məhv edilib, 30-u isə yaralanıb. Əfqanıstanın Kandaqar əyalətində təhlükəsizlik qüvvələri və "Taliban" üzvləri arasında baş verən toqquşmada 15 "Taliban" üzvü öldürülüb, 20-si isə yaralanıb. Bundan əlavə, 4 polis həlak olub, 6-sı isə yaralanıb.
Məlumata əsasən, Mayvand rayonunda isə toqquşma nəticəsində "Taliban"ın yerli komandirlərindən biri daxil olmaqla 6 üzvü məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31