Gündəm

İsraillə bütün əlaqələri dondurdu

22 İyul 2017 11:30

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas cümə günü Rəmallah şəhərində keçirilən müşavirədən sonra xalqa müraciətlə çıxış edib. O, televiziya vasitəsi ilə canlı yayımlanan nitqi zamanı "İsrail tərəfi ilə bütün əlaqələrin dondurulduğunu" bəyan edib.

Şikayət yerində araşdırılıb

22 İyul 2017 11:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Nazirlikdən "Olaylar" -a bildirilib ki, əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub. Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xəzərdə zəlzələ

22 İyul 2017 11:23

Xəzər dənizində zəlzələ olub. "Olaylar" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yerli vaxtla 23:40-da, Xəzər dənizində 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.

Polşada kütləvi etirazlar

22 İyul 2017 11:20

Polşanın iri şəhərlərində kütləvi etiraz aksiyaları davam edir. Aksiyada minlərlə insan iştirak edir. Etirazçılar məhkəmə sisteminin islahatına qarşı etiraz edirlər. Varşavada etiraz aksiyası parlamentin binası və ölkənin Ali məhkəməsinin önündə keçirilir.

Züleyxa Nadir yazır...Mən sırtıq ola bilmədim

22 İyul 2017 10:00

Üçüncü kursda oxuyanda Tovuzun “Həqiqət” qəzetində təcrübə keçirdim.  Qəzetin çox sərt, həm də  özü və sözü bütöv redaktoru Musa Musayev bir gün mənə dedi ki, səndən jurnalist olmayacaq. Çox  təəccübləndim,  hətta dəhşətli dərəcədə heyrətə gəldim: “ Necə yəni olmayacaq? Mən bu  peşə üçün həyatımın neçə  ilini kitablarla yatıb-durmuşam ki, jurnalistika fakültəsinə daxil ola bilim”. Ürəyimdən keçənləri dilimə gətirdim: “Yox, Musa müəllim, mən jurnalist olacam”. Redaktorun cavabı illərdi yaddaşımdan qopmur. “ Bəlkə də sən  jurnalist ola bildin, amma yazılarından və imzandan başqa bu dünyada heç nəyin olmayacaq. Çünki jurnalist çox sırtıq  olmalıdı,  amma ifrat  dərəçədə  mədəniyyət nümayiş etdirməlidi”.

İş yerində yatanlara ƏLA İMKAN

21 İyul 2017 20:15

Gün ərzində iş saatından bir neçə dəqiqə ayırıb, masa üstündə də olsa yatmaq çoxları üçün adətə çevrilib. Lakin Çində işçiləri masa üstündə yatmaqdan xilas edəcək yenilik edilib.

Quraşdırılmış antivirus “Android” sistemli qurğuları mühafizə edəcək

21 İyul 2017 19:58

“Google” şirkəti mayda “I/O 2017” tərtibatçılar konfransında “Android 8.0” əməliyyat sisteminin yeni versiyasını rəsmən təqdim edərək “Google Play” əlavələr mağazasında kompüter təlimi əsasında quraşdırılmış “Google Play Protect” antivirus funksiyasının istifadəyə veriləcəyini bəyan edib. Bu həftə isə internet nəhəngi yeni funksiyanı tədricən istifadəyə verməyə başlayıb. Əvvəlcə “Google Play” servislərində tətbiq ediləcək funksiyadan bir müddət sonra əlavələr mağazasında da yararlanmaq mümkün olacaq.

Dinamikli beysbol papağı nümayiş olunub

21 İyul 2017 19:53

Oyun konsolları istehsalçısı kimi tanınan “Atari” şirkəti ilk dəfə daşınan elektronika bazarına daxil olaraq iki yüksəkkeyfiyyətli dinamikin quraşdırıldığı “Speakerhat” beysbol papağını nümayiş etdirib. Yeni qurğu “Atari Connected Life” istehsal xətti çərçivəsində buraxılan ilk məhsuldur.

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq

21 İyul 2017 19:47

Fransanın “NAVYA” şirkəti ilk elektrik sürücüsüz “ARMA” mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb.  

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 19:42

2016-2017-ci illərdə şifrləyici virus proqramlarından ziyan çəkən istifadəçilərin sayı 1 milyonu ötüb. Bu barədə Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkətinin press-relizində deyilir.

Kişi və qadınlarda göz fərqi...

21 İyul 2017 19:37

British Journal of Psychology jurnalında bir araşdırmada qadınlarla və kişilər arasında olan görmə fərqi dərc olunub. 48 nəfərlik kişi və qadından ibarət bir qrup üzərində aparılan tədqiqat zamanı müxtəlif məsafələrdə kağızlar yerləşdirilmiş və iştirakçılara lazerlərlə həmin kağızların üzərindəki hədəflərin mərkəzlərini göstərmək tapşırılıb. Kağız bir metr uzaqda olan zaman kişilər qadınlardan daha diqqətli olduğu halda məsafə 50 sm-yə çatdırıldıqda isə qadınlar üstünlük əldə ediblər.

Kıvanç Tatlıtuğun yeni serialı bəlli oldu

21 İyul 2017 19:31

Aktyor Kıvanç Tatlıtuğun "Cesur ve Güzel" serialından sonrakı rolu bəlli olub. O, 90-cı illərin məşhur filmi, Tom Kruz və Bred Pitibn baş rollarda çəkildiyi "Vampirlə müsahibə"nin serial versiyasında rol alacaq. Kıvanç T.Kruzun canlandırdığı "Lestat" rolu üçün nəzərdə tutulub. Filmin təsirləndiyi kitabın müllifi Anne Rays "Facebook"da açdığı "The Vampire Chronicles" adlı səhifədə yeni serialdan və Kıvançdan bəhs edir.

Məşhur müğənniyə böyük şok

21 İyul 2017 19:25

Kanadalı gənc müğənni Castin Bieberin Çindəki konserti qadağa edilib. Qadağanın səbəbi kimi 23 yaşlı məşhur müğənninin davranışları göstərilib.

Harvard alimləri: Dostluq stresi azaldır

21 İyul 2017 19:20

Harvard alimləri təsdiq ediblər ki, dostluq stresi azaldır, fiziki nasazlıqların inkişafı riskini aşağı salır və həyatdan məmnunluq hissini artırır. Ekspertlər belə hesab edirlər ki, ruhumuza yaxın adamlarla dostluq və əlaqələr xoşbəxtliyimiz, rifahımız və sağlamlığımız üçün məhəbbət qədər vacibdir. Sözsüz ki, qadına məhəbbətin bir sıra üstünlükləri vardır, lakin möhkəm kişi dostluğu kişi üçün xoşbəxt nikah qədər zəruridir. Ekspertlər bildirirlər: “Bəzi kişilər özlərini dostları arasında qadınla yanaşı olduğundan daha rahat hiss edirlər. Başqa kişilərlə keçirilən vaxt daha çox emosional qüvvə sərf olunan qadınla görüş zamanı olduğu qədər gərginlik tələb etmir. Həmçinin kişilər dostlarının yanında özlərini olduqları kimi aparırlar. Beləliklə, romantik məhəbbətin verə bilmədiyini dostluq verir”.

Günəbaxan və zeytun yağları ürək xəstəliklərinə təsir göstərmir?

21 İyul 2017 19:15

Günəbaxan və zeytun yağlarından çox istifadə olunması ürək xəstəliklərinin inkişafına təsir göstərmir. İspaniya sakinlərinin sağlamlığını geniş miqyasda araşdırmış Britaniya Kardiologiya Cəmiyyətinin mütəxəssisləri belə bir qənaətə gəlmişlər. Eksperimentə qatılan 40 min nəfərin üçdəbir hissəsini kişilər təşkil etmişdir.