Harvard alimləri: Dostluq stresi azaldır

Harvard alimləri təsdiq ediblər ki, dostluq stresi azaldır, fiziki nasazlıqların inkişafı riskini aşağı salır və həyatdan məmnunluq hissini artırır. Ekspertlər belə hesab edirlər ki, ruhumuza yaxın adamlarla dostluq və əlaqələr xoşbəxtliyimiz, rifahımız və sağlamlığımız üçün məhəbbət qədər vacibdir. Sözsüz ki, qadına məhəbbətin bir sıra üstünlükləri vardır, lakin möhkəm kişi dostluğu kişi üçün xoşbəxt nikah qədər zəruridir. Ekspertlər bildirirlər: “Bəzi kişilər özlərini dostları arasında qadınla yanaşı olduğundan daha rahat hiss edirlər. Başqa kişilərlə keçirilən vaxt daha çox emosional qüvvə sərf olunan qadınla görüş zamanı olduğu qədər gərginlik tələb etmir. Həmçinin kişilər dostlarının yanında özlərini olduqları kimi aparırlar. Beləliklə, romantik məhəbbətin verə bilmədiyini dostluq verir”.

Harvard alimləri təsdiq ediblər ki, dostluq stresi azaldır, fiziki nasazlıqların inkişafı riskini aşağı salır və həyatdan məmnunluq hissini artırır. Ekspertlər belə hesab edirlər ki, ruhumuza yaxın adamlarla dostluq və əlaqələr xoşbəxtliyimiz, rifahımız və sağlamlığımız üçün məhəbbət qədər vacibdir. Sözsüz ki, qadına məhəbbətin bir sıra üstünlükləri vardır, lakin möhkəm kişi dostluğu kişi üçün xoşbəxt nikah qədər zəruridir. Ekspertlər bildirirlər: "Bəzi kişilər özlərini dostları arasında qadınla yanaşı olduğundan daha rahat hiss edirlər. Başqa kişilərlə keçirilən vaxt daha çox emosional qüvvə sərf olunan qadınla görüş zamanı olduğu qədər gərginlik tələb etmir. Həmçinin kişilər dostlarının yanında özlərini olduqları kimi aparırlar. Beləliklə, romantik məhəbbətin verə bilmədiyini dostluq verir".

Əgər qadın kişinin fiziki sağlamlığının və psixi durumunun qayğısına qalırsa, onun dostları ilə birgə vaxt keçirməsi ona nə qədər mənasız görünsə belə, o, belə ünsiyyətə mane olmamalıdır. Bundan başqa, öz ərinin və ya sevgilisinin dostları ilə vaxt keçirməsinə imkan verməklə qadın özü də rəfiqələri ilə maneəsiz görüşmək imkanı əldə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31