Gündəm
Rənglər xasiyyətimizdən xəbər verir
İngiltərədə aparılan bir tədqiqat insanların üstünlük verdiyi rənglərin onun xasiyyətini əks etdirdiyini ortaya çıxarıb. Psixoloqlara görə isti və soyuq adı altında iki qrupa bölünən rəngləri seçən insanın xarakterini bu rəngə əsasən müəyyən etmək olar. İsti rənglər olaraq qəbul edilən sarı, qırmızı və narıncı rəngi sevən insanlar istiqanlı, ünsiyyətcil və dostluğa sadiq olduğu halda soyuq rəng olan bənövşəyi, mavi və yaşılı sevənlər isə tam əksinə ünsiyyətdən qaçan, insanlar çox olan yerlərdə az-az görünməyə çalışan insanlar olduğu bildirilir.
Qadınlara necə kişi lazımdır: intellektual, seksual, yoxsa? - Bürclər ÜZRƏ SEÇİM
Hər bir qadın ideal kişi ilə ailə qurmağa çalışır. Əlbəttə, hər kəsin ideal anlayışı tamamilə müxtəlifdir. Bəs qadınlar seçim edərkən nəyə əsaslanırlar? Siz təəccüblənəcəksiniz, amma bu seçim bürclərin xarakteristikasından çox asılıdır.
7 icra məmuru işdən azad edilib
Bu ilin birinci yarısında fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.
Ramil Usubovdan YENİ TƏYİNATLAR
Daxili işlər naziri Ramil Usubov yeni təyinatlar edib. Nazir Biləsuvar rayonunun Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik leytenant Mehman Abışovu vəzifəsindən azad edərək, Cəlilabad rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunması barədə əmr imzalayıb.
Luçesku Bolqarıstan klubunun təklifini rədd etdi
Tanınmış rumıniyalı mütəxəsis Mirça Luçesku "Ludogorets"i çalışdırmaqdan imtina edib. Bolqarıstan klubu 71 yaşlı məşqçiyə 2.5 milyon avro illik məvacib ödəməyə hazır olsa da, Luçesku 3 milyon avro istəyib. Bundan sonra tərəflər danışıqları dayandırıb.
Turkish–Azerbaijani relations take centre-stage
DEIK (Turkey’s Foreign Economic Relations Board) held a high-level event to discuss Turkish–Azerbaijani bilateral business and economic developments, bringing together representatives from the business communities of the two nations. The discussion was hosted at the Four Seasons Hotel Bosphorus in Istanbul. The sixth edition of this annual event was hosted by Selcuk Akat, Head, Turkish-Azerbaijani Business Committee, DEIK; Rena Rzaeva, The European Azerbaijan Society (TEAS) Turkey Representative; and Cenk Eynehan, General Manager, Pasha Bank Turkey. Presentations and speeches were given by all the hosts, highlighting the development of trade between the two countries to date, and future potential for the expansion of collaboration between the two economies.
İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəlib
Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib. Tədbir İstanbuldakı “Four Seasons Hotel Bosfor”da baş tutub. Hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a bildirilib ki, tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.
"Facebook"da xəbər oxumaq pullu ola bilər
"Facebook" istifadəçilərə ən yeni məlumatları verəcək yeni ödənişli xidməti istifadəyə verəcək. Xidmət "Cəlb məqalələr" funksiyası əsasında işləyəcək ki, bu da istifadəçilərə şəxsi xəbər lentində xəbər kontentini izləməyə imkan verəcək.
17 yaşlı qızın bədəninə cin necə girdi?
Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasientimi xatırlayıram. Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız idi, danışa və yeriyə bilmirdi.
Filippin Prezidenti İlham Əliyevi təbrik edib
Filippin Prezidenti Rodriqo Rao Duterte Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Prokuror xəstəxanada qayınanasını öldürən şəxsə ağır cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, E. Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi
Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayət ETSN-in 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi
Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib. Ölkə qanunvericiliyinə uyğun olaraq ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafzə orqanlarında, güc strukturlarında, bəzi dövlət qulluğunda çalışa bilməz.
Mosulda İŞİD terrorçularına ərə getmiş 20 avropalı qadın tapıldı
İŞİD qruplaşmasından azad olunmuş Mosul şəhərində çeçen döyüşçülərinə ərə getmiş 20-yə qədər əcnəbi qadın aşkarlanıb. Onlar arasında 5 Almaniya, 3 Türkiyə, 2 Kanada, 3 Rusiya və Fransadan olan 4 uşaqlı qadın var. Yeraltı tonneldə tapılanlar arasında 16 yaşlı almaniyalı Linda Vents el də var. O artıq ailəsinə təhvil verilib.
Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib
Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər.













