Luçesku Bolqarıstan klubunun təklifini rədd etdi

Tanınmış rumıniyalı mütəxəsis Mirça Luçesku "Ludogorets"i çalışdırmaqdan imtina edib. Bolqarıstan klubu 71 yaşlı məşqçiyə 2.5 milyon avro illik məvacib ödəməyə hazır olsa da, Luçesku 3 milyon avro istəyib. Bundan sonra tərəflər danışıqları dayandırıb.

Tanınmış rumıniyalı mütəxəsis Mirça Luçesku "Ludogorets"i çalışdırmaqdan imtina edib. Bolqarıstan klubu 71 yaşlı məşqçiyə 2.5 milyon avro illik məvacib ödəməyə hazır olsa da, Luçesku 3 milyon avro istəyib. Bundan sonra tərəflər danışıqları dayandırıb. Bir sıra idman nəşrləri onun 2000-02-ci illərdə rəhbərlik etdiyi "Galatasaray"a qayıdacağını yazır. İstanbul klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Ostersunds"a uduzaraq mübarizəni dayandırandan sonra baş məşqçi İqor Tudorun istefası gündəmdədir. Luçeskunun son klubu "Zenit" olub. Mayda qeyri-qənaətbəxş nəticələrə görə "piterlilər" onunla yollarını ayırmışdı.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31