Gündəm

Barama istehsalçılarına subsidiyanın ödənilməsinə başlanılıb

21 İyul 2017 18:20

Barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində subsidiya verilir.

Livan-Suriya sərhədində müharibə başladı

21 İyul 2017 18:16

Suriyadakı Əsəd rejimi ilə birlikdə mübarizə aparan Hizbullah təşkilatı böyük hərbi əməliyyata başlayıb. Şam rejiminin havadan dəstək verdiyi əməliyyat müxalif silahlı qruplaşmalara qarşı təşkil edilib.

Əliyar Ağayev "Styaua"nın oyununa təyinat aldı

21 İyul 2017 18:13

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Həmyerlimiz UEFA-dan təyinat alıb.

Jurnalistlərin binasına internet pulsuz çəkiləcək

21 İyul 2017 18:10

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.

Prezident İlham Əliyev: "Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək"

21 İyul 2017 18:08

"Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək". Bunu Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Korrupsiyaya qarşı mübarizəyə dair normativlər” nəşr edilib

21 İyul 2017 17:59

“OLAYLAR”-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi istiqamətində “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirliyin 2017-ci il üçün iş planı təsdiq edilib.

Milli QHT Forumu mətbuat gününü qeyd etdi

21 İyul 2017 17:57

Azərbaycan Milli QHT Forumu (MQF) New Baku Hotelində Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni jurnalistləri bayram münasibətilə təbrik edib, 142 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışdı.

Yunus Oğuz dünyası

21 İyul 2017 17:49

Yunus Oğuzu illər öncə tanıdım. Bir siyasətçi, yazıçı kimi yox, müəllim kimi. Siyasi Natiqlik Məktəbi yaratmışdı. Pul qazanmaq üçün yox, öyrətmək üçün. Öyrətdi də. Məntiq,fəlsəfə, politologiya dərsləri deyirdi bizə. Vaxtının çox hissəsini pulsuz-parasız şəkildə bizə ayırırdı. Tək bir məqsədi özümüzü, kimliyimizi dərk etməyi idi. Bu məktəbi keçənlərin böyük əksəriyyəti bu gün cəmiyyətdə söz sahibi olan insanlardır. Və şəxsən mən buna görə Yunus Oğuza borcluyam.

“Gənc Elçilər” Xarici İşlər Nazirliyində

21 İyul 2017 17:46

“Gənc Elçilər” Proqramı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məlumat turu keçirilib. Milli Şuradan “OLAYLAR”-a daxil olan məlumata görə, bir günlük məlumat turu çərçivəsində Xarici İşlər Nazirliyinin müxtəlif idarələrinin rəhbər nümayəndələri tərəfindən gənclərə Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri barədə “Gənc Elçilərə” ətraflı məlumat verilib.

Paytaxtda yeni məktəb binaları inşa olunub

21 İyul 2017 17:45

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri təsdiqlənib

21 İyul 2017 17:35

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasınınnövbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib.

Bu balıq görənləri təəccübləndirdi

21 İyul 2017 17:31

Sakaryada bir balıqçının tilovuna taxılan və daha əvvəl görünməyən balığın şəkli görənləri heyrətə salıb. Sakaryada Əhməd Türk adlı bir vətəndaş, Kaynarcada “Rəislər” gölündə balıq tutmağa gedib.

Poroşenko və Lukaşenkonun görüşündə çılpaq qız – VİDEO

21 İyul 2017 17:29

Naməlum qız Kiyevdə Ukrayna və Belarus prezidentləri - Pyotr Poroşenko və Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən ikitərəfli sənədlərin imzalanması mərasimini pozmağa çalışıb.

“Nə baş verdiyini dərk edə bilmirdim”

21 İyul 2017 17:10

Bunu heç kim izah edə bilməz, "futbolun gözəlliyidi" demək olar. Qol epizodları yaratdıq, bunu rallaşdıra bilsəydik, indi fərqli emosiyaların hakim kəsildiyi mühitdə söhbətləşəcəkdik. Bilmirəm nə deyim, fakt odu ki, oyun başa çatıb və biz mübarizəni dayandırmışıq.

"Hesab 4:4 də ola bilərdi" - Endi Hallidey

21 İyul 2017 17:08

"Bu nəticəyə görə çox məmnunuq. "Yagelloniya" yaxşı təşkilatlanmış və güclü rəqib idi". Bunu "Qəbələ"nin yarımmüdafiəçisi Endi Hallidey deyib. "Qırmızı-qaralar" UEFA Avropa Liqasının II təsnifat mərhələsində evdə qollu bərabərə (1:1) qaldıqları "Yagelloniya"nı səfərdə 2:0 hesabı ilə məğlub edərək mübarizəni davam etdirib.