Gündəm

İsrail polisi cümə namazından çıxan müsəlmanlara hücum etdi: yaralılar var - VİDEO

21 İyul 2017 17:02

İsrail polisi Qüdsdə cümə namazından sonra Məscid-i Əqsaya çıxan yollarda camaata hücum edib.  Polislərin bölgəyə müsəlmanları daşıyan avtobusların qarşısını almaq üçün bəzi yollarda barrikadalar qurduğu deyilir. 

Təhsildə İNANILMAZ YENİLİK: məktəbdə uşaqları döyməyə icazə verildi

21 İyul 2017 16:59

ABŞ-ın Texas ştatında tədris prosesi zamanı nizam-intizamı pozduğuna görə uşağın barmaqlarını yastı taxta ilə döyməyə icazə verilib. Sözə baxmayan şagirdin bu cür cəzalandırılması qərarını yerli təhsil idarəsindən təsdiqləyiblər.

Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək

21 İyul 2017 16:56

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov bu il iyulun 28-də saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluqdan “Olaylar”a bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq

21 İyul 2017 16:55

24 iyul 2017-cı il tarixində saat 11:00-da AMEA-nın Tarix İnstitutunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitabların təqdimatı keçiriləcək.

Sosial mənzillər üçün kredit verəcək bank məlum oldu

21 İyul 2017 16:52

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qaydanı fəaliyyətində  rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir.

Elmar Məmmədyarov Macarıstana gedir

21 İyul 2017 16:51

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək. 3-4 noyabr 2014-cü ildə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.

"Kəpəz"in daha iki rəqibi müəyyənləşdi

21 İyul 2017 16:50

Ərzurumda hazırlıq keçən "Kəpəz"in daha iki rəqibi müəyyənləşib.  Gəncə təmsilçisi Türkiyənin 1-ci Liqa təmsilçiləri ilə qarşılaşacaq. Komanda iyulun 22-də "Ankaragücü", iyulun 24-də isə "Elazığspor" klubu ilə oynayacaq.

Milli mətbuatımız milli mübarizə tariximizdir

21 İyul 2017 16:47

Milli mətbuatımızın bayramı söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tariximin ildən  çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş vəsöz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq  milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi.

Bakıda otelin qarşısında atışma

21 İyul 2017 16:41

İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.

330 Mosullu ailəyə yardım

21 İyul 2017 16:38

Türk Qızılay Cəmiyyəti  İraqda hərbi əməliyyatlar zamanı evlərini tərk etməyən 330 Mosullu ailəyə qida yardımı edib. “Olaylar” “Anadolu” agentiliyinə istinadən bildirir ki, İraq Delegasiyasının rəhbəri Serdar Yılmaz xəbəri təsdiqləyib. “Yardımları müvəqqəti olaraq Mosulun şərqindəki Əbu Carbu və Kani Haramda iqamət edən vətəndaşlara çatdırdıq” – deyə, bildirib.

Xətainin Bakıdakı heykəlinin yeri dəyişdirilə bilər

21 İyul 2017 16:36

"Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər".

Nazirlikdən qəbul ballarının diferensiallaşmasına münasibət

21 İyul 2017 16:31

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bir sıra ixtisaslar üzrə qəbul ballarının diferensiallaşması ilə bağlı müsahibə verib.

İki avtomobildə 175 ədəd araq aşkar edilib

21 İyul 2017 16:27

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb. DGK-dan “Olaylar”a verilən məlumata görə, həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Külli miqdarda siqaretin ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

21 İyul 2017 16:25

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Fazil Məmmədov Ağdaşda qəbul keçirib

21 İyul 2017 16:24

İyul ayının 21-də vergilər naziri Fazil Məmmədov tərəfindən  Ağsu rayonunda Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.